06 Mart 2020 17:31
746
DÜNYA
A- A+

Məhkəmə əsir düşərgəsinin sabiq mühafizəçisini ABŞ-dan qovur

1945-ci ildə Aşağı Saksoniya vilayətinin Meppen şəhərinin yaxınlığındakı Noyenqamm əsir düşərgəsində mühafizəçi kimi xidmət etmiş Almaniya vətəndaşı və ABŞ-ın Tennessi ştatının sakini Fridrix Karl Berger ölkədən deportasiya olunacaq. Müvafiq qərarı Tennessi ştatının Memfis şəhərində immiqrasiya məsələləri üzrə hakim Rebekka Holt çıxarmışdır.

Məhkəmənin qərarında deyilir ki, Berger məhbusların təqibə məruz qaldığı əsir düşərgəsində könüllü olaraq mühafizəçi işləmişdir. Əsirlər arasında yəhudilər, polyaklar, ruslar, danimarkalılar, hollandlar, latışlar, fransızlar, italyanlar və nasistlərin digər "siyasi əleyhdarlar”ı olmuşdur.

Hakim Holtun gəldiyi qənaətə görə, əsirlər dəhşətli şəraitdə saxlanmış və digər düşərgələrdə olduğu kimi, açıq havada məcburi əməklə məşğul olmuş, üzülüb ölənədək işləmək məcburiyyətində qalmışlar.

Fridrix Karl Berger 1959-cu ildən bəri ABŞ-da yaşayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video