Alternative content

08:52 06 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:09 06.06.2020 Nakam ömürlü şair…
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Muxtar respublikada ilk İdman festivalı keçirilib
Muxtar respublikada ilk İdman festivalı keçirilib
ANA SƏHİFƏ / İDMAN
10:06 06.03.2020

Naxçıvan şəhərində yerləşən "Saat meydanı” turizm istirahət kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş İdman festivalı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, məşqçi-müəllimlər və rəsmi şəxslər iştirak ediblər. Festival fevral ayının 1-də "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırığa əsasən təşkil edilib.

Əvvəlcə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, idman federasiyalarının nümayəndələri və ölkənin tanınmış idmançıları ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Festival başlamazdan əvvəl "Saat meydanı” turizm istirahət kompleksində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının veteran məşqçi-müəllimləri təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar. Hədiyyələri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılzadə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Güləş Federasiyasının sədri Azər Zeynalov, Şahmat Federasiyasının sədri Seymur Talıbov, Karate-do Federasiyasının sədri Fazil Ələkbərov təqdim ediblər.

Festivalda muxtar respublikada fəaliyyət göstərən 12 idman federasiyasının, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Rayon Ağır Atletika Bölməsi və "Xatun” Bədii Gimnastika İdman Klubunun nailiyyətləri nümayiş etdirilib. Eyni zamanda, federasiyaların idmançılarının hazırladıqları nümunəvi çıxışlar və stendlər də qonaqlar tərəfindən maraqla izlənilib. Qonaqlar Naxçıvanın istedadlı idmançıları ilə söhbət edib, onların fikirlərini dinləyib, gələcək karyeralarında uğurlar arzulayıblar.

Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

İdman festivalının keçirilməsi münasibətilə bütün qonaqları və tədbir iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. "İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”, – deyən dahi öndərin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı üçün ardıcıl tədbirlər görülüb. Bu tədbirlərin uğurlu davamının nəticəsidir ki, müstəqil Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz hazırda Avropa və dünya əhəmiyyətli idman yarışlarının keçirildiyi mərkəzə çevrilib.

Azad Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə "Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yaradılan şərait gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub. Müasir idman infrastrukturunun, eləcə də perspektivli idmançıların mövcudluğu muxtar respublikada beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, tam orta məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və sadə tipli idman avadanlıqları mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə "2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi də bu sahədə görülən işlərin əhatə dairəsini xeyli genişləndirib. Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş İdman festivalı təşkil olunub.

Nazir diqqətə çatdırıb ki, bu festival muxtar respublikada bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ olunmasına imkan yaradacaq, Naxçıvan idmanının təbliği ilə yanaşı, aid nazirliklər və idman federasiyaları arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və inkişafına mühüm töhfə verəcək.

Sonda Azad Cabbarov İdman festivalını açıq elan edib və iştirakçılara uğurlar arzulayıb.

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışında vurğulayıb ki, bu il festivalın məhz Naxçıvanda daha təntənəli keçirilməsi təsadüfi deyil. Azərbaycan idmanının böyük himayədarı olan ümummilli liderimiz Heydər Əliyev 90-cı illərdə ölkəmizin çətin günlərində xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gələrək respublikada siyasi sabitliyi təmin edib. Hələ həmin dövrdə problemlərin çoxluğuna baxmayaraq, ulu öndərimiz Heydər Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüşərək onların problemləri ilə maraqlanıb. İdmana xüsusi qayğını hələ 1995-ci ildə idmançı və məşqçilərlə görüşdə öz üzərinə götürən Ulu Öndərimiz gözəl ənənənin əsasını qoyub. Bu gün ölkə Prezidenti İlham Əliyev də məhz həmin ənənəni uğurla davam etdirməkdədir. Bu gün əlamətdar gündür. Təkcə ona görə yox ki, hər il martın 5-ni Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edirik. Həm də ona görə ki, düz 25 il bundan öncə məhz bu gün ulu öndərimiz Heydər Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüşərək onları dinləyib, dövlətin idmana olan qayğısının əsasını qoyub.

Azad Rəhimov qeyd edib ki, Azərbaycan idmanının ilbəil inkişafı hər birimizi sevindirir. Ulu Öndərimizin idman ictimaiyyəti nümayəndələri ilə ilk görüşündən keçən 25 il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, nüfuzlu beynəlxalq yarışlarda 11 min 346 medal qazanıblar. Bunlardan 4081-i qızıl, 3254-ü gümüş və 4008-i isə bürünc olub. Bu müddət ərzində Azərbaycan müstəqil dövlət olaraq 6 Yay Olimpiya Oyunlarında təmsil olunub. Bu oyunlarda 7 idmançımız olimpiya çempionu adını qazanıb. 34 idmançımız isə olimpiya oyunlarının gümüş və bürünc medallarına layiq görülüblər. Bütün bu uğurlar şübhəsiz ki, 25 il öncə Ulu Öndərimizin idmana göstərmiş olduğu xüsusi qayğının nəticəsidir.

Nazir deyib: "Bu il həm də Olimpiya ilidir. İnanıram ki, belə əlamətdar ildə idmançılarımız Tokio Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək idman salnaməmizə növbəti uğurları yazacaqlar”.

Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Hikmət Hüseynov, Nazim Əliyev, Hüseyn Əliyev "Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi”, Azər Qənbərov "Azərbaycan Respublikasının əməkdar məşqçisi”, Əmrah Nağıyev, Humay Cəfərova "Azərbaycan Respublikasının İdman ustası” fəxri adları, Rasim İsgəndərov, Elvin Əliquliyev və Nizami Bağırov isə "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri diplomu” ilə təltif olunublar. Təltifləri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov təqdim ediblər.

İdman festivalında çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmanın inkişafının getdikcə geniş vüsət aldığını, yeni-yeni uğurların əldə olunduğunu bildirib. Vitse-prezident qeyd edib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanıblar. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub. Beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bütün bu uğurlar və Azərbaycanda keçirilən tədbirlər ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.

Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın cari ildəki uğurlu çıxışlarından danışıb. Bu uğurların Azərbaycan dövlətinin idmana qayğısının təzahürü olduğunu vurğulayan MOK-un vitse-prezidenti deyib ki, bu il idmançılarımızı ciddi sınaq gözləyir. Əsas hədəf Tokio Olimpiadasında uğurla çıxış etməkdir.

Sonda Çingiz Hüseynzadə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edib.

Sonra tədbirin bədii hissəsinə start verilib.

Əvvəlcə "Naxçıvan idmanının tarixi” mövzusunda film nümayiş etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının, Bakı şəhərindən dəvət olunan müğənnilərin və Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın ifasında rəngarəng musiqilər tamaşaçılarda xoş ovqat yaradıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM