06 Mart 2020 01:49
671
İQTİSADİYYAT
A- A+

Sahibkar və menecerlərimiz Almaniyada ixtisaslarını artırırlar


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə azərbaycanlı sahibkar və menecerlər Almaniyada növbəti ixtisasartırma kursuna başlayıblar.

KOBİA-nın yaydığı məlumata görə, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 18 sahibkar və menecerimiz Münxen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatası Tədris Mərkəzində təlimlərdə və müəssisələrdə istehsalat təcrübəsində iştirak edir, ixtisaslaşmış şirkətlərdə işgüzar görüşlər keçirirlər. Sahibkar və menecerlər arasında turizm, şəkər çuğunduru istehsalı, məişət tullantılarının təkrar emalı və satışı, logistika, mebel istehsalı, tikinti sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər üstünlük təşkil edir.

Onu da qeyd edək ki, indiyədək proqram çərçivəsində Azərbaycanın ümumilikdə 440 sahibkar və meneceri Almaniyada ixtisasartırma kursu keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video