05 Mart 2020 17:36
647
DÜNYA
A- A+

Almaniyada təhlükəli qrip epidemiyası yayılmağa başlayıb


Almaniyada təhlükəli qrip epidemiyası yayılmağa başlayıb və virusun yayılması xeyli sayda insanların ölməsi ilə nəticələnib.

AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, yayılan virus təkcə bu ölkədə 202 nəfərin ölümünə səbəb olub və ölənlərin 87 faizi yaşı altmışdan yuxarı olanlardır.

Qeyd edək ki, ümumilikdə laboratoriya şəraitində təsdiq olunmuş virusa yoluxanların sayı 119.280 nəfərdir. Əslində adı çəkilən epidemiyaya yoluxanların ümumi sayının daha artıq olduğu ehtimal edilir, çünki yuxarıda qeyd edilən rəqəm yalnız xəstəxanaya müraciət etmiş xəstələrin qeydiyyatı əsasında müəyyənləşdirilib. Uşaq bağçalarında, xəstəxanalarda virusun yayılma riskinin daha yüksək olduğu bildirilir. Robert Koch Elmi Tədqiqat İnstitutu adı çəkilən qrip virusunun ilk dəfə keçən ilin payızında Almaniyada müşahidə olunduğunu bildirib və son bir neçə həftədə virusa yoluxanların sayının kəskin artdığı bildirilir.

Qripə yoluxanlar bu xəstəliyi o qədər ağır keçirirlər ki, onların 17 faizi bununla əlaqədar xəstəxanaya müraciət edirlər və son bir həftədə 18.862 nəfərin adı çəkilən virusa yoluxduğu rəsmi olaraq təsdiq olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video