05 Mart 2020 17:17
647
DÜNYA
A- A+

BMT-nin sabiq baş katibi 100 yaşında vəfat etdi

BMT-nin keçmiş baş katibi Xavyer Peres de Kuelyar 100 yaşında Peruda vəfat etmişdir. Bu barədə beynəlxalq təşkilatın hazırkı baş katibi Antoniu Quterriş məlumat vermişdir.

Quterriş xatırlatmışdır ki, "cənab Peres de Kuelyarın həyatı təkcə bütöv bir əsri deyil, həm də 1946-cı ildə onun birinci Baş Assambleyada iştirakından başlayaraq Birləşmiş Millətlərin bütün tarixini əhatə etmişdir”.

Peres de Kuelyarın 1982-1991-ci illərdə baş katib olduğu dövrdə soyuq müharibə bitmişdir. Quterriş sabiq baş katibin diplomatik uğurları arasında Namibiyanın müstəqilliyinin elan olunmasını, İran-İraq müharibəsinin başa çatmasını, Livanda saxlanılan amerikalı girovların azad edilməsini, Kambocada sülh müqaviləsinin imzalanmasını və Salvadorda tarixi sülh sazişini xatırlatmışdır.

Xavyer Peres de Kuelyarla vida mərasimi bu gün keçiriləcək. Sabiq baş katib sabah Limadakı "Presbitero Maestro” qəbiristanlığında dəfn olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video