05 Mart 2020 15:47
477
CƏMİYYƏT
A- A+

Beynəlxalq ekspertlər koronavirus infeksiyasının mənşəyi, yayılma tezliyi və profilaktikası ilə bağlı geniş təqdimatla çıxış ediblər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) martın 3-dən 5-dək "Reanimasiya/İntensiv terapiya və infeksion xəstəliklərin menecmenti” mövzusu üzrə keçirilən təlim çərçivəsində beynəlxalq ekspertlər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı geniş təqdimatla çıxış ediblər.

İSİM, Azərbaycan Tibb Universiteti və "Uptodate in Medicine” tərəfindən təşkil olunan təlimi ABŞ-ın Cosef xəstəxanasının pulmonoloqu, intensiv terapiya mütəxəssisi Stefen Hembel keçirib. Beynəlxalq təlimçi-ekspertlər, səhiyyə və ictimai səhiyyə mütəxəssislərinin iştirak etdiyi təlimdə ağır pasiyentlərin reanimasiyası və ilkin menecmenti, turşu-qələvi pozuntuları və intensiv terapiya ilə əlaqədar mövzularla yanaşı, infeksion xəstəliklər barədə ətraflı məlumat verilib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sepsis, HİV, göbələk xəstəliklərinin müasir diaqnostikası, antimikrobial maddələr və yüksək müqavimət göstərən orqanizmlərdən söz açan Cənubi Karolina Universitetinin köməkçi professoru Cim Consonun koronavirus (COVID-19) infeksiyası barədə geniş təqdimatı dinlənilib. Virusun mənşəyi, yayılma tezliyi, diaqnostikası barədə ətraflı məlumat verən ekspert müxtəlif ölkələrdə aparılan profilaktik tədbirlərdən, səhiyyə işçilərinin və əhalinin virusdan qorunma vasitələrindən danışıb. Cim Conson qeyd edib ki, epidemiyaya qarşı görülən işlər qlobal, regional, milli səviyyədə həyata keçirilməli, xəstəxana siyasəti doğru aparılmalı və hər bir kəs gündəlik gigiyena qaydalarına düzgün əməl etməlidir. Əhalinin sıx olduğu məkanlarda gigiyena qaydalarına ciddi riayət etməyi tövsiyə edən ekspert xüsusi olaraq vurğulayıb ki, özündə qrip xəstəliyinin simptomlarını (qızdırma və öskürək, əzginlik, təngnəfəslik, diareya) müşayiət edən hər bir şəxs ilk növbədə yataq və istirahət rejiminə keçməli, zəruri olduğu halda ictimaiyyət arasına çıxdıqda qoruyucu maska taxmalı, ağırlaşma halları olduqda isə dərhal həkimə müraciət etməlidir.

Çıxış ətrafında geniş fikir mübadiləsi aparılıb, beynəlxalq ekspertlər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video