Alternative content

12:03 29 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tibbi xidmətin maddi-texniki bazası gücləndirilir
Tibbi xidmətin maddi-texniki bazası gücləndirilir
ANA SƏHİFƏ / Səhiyyə
01:45 05.03.2020


Ağdam rayonunun Xındırıstan kəndində xəstəxana əsaslı təmirdən sonra cəbhə bölgəsi sakinlərinin istifadəsinə verilmişdir.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Prezident İlham Əliyevin cəbhə bölgəsində yerləşən Ağdama davamlı qayğısını minnətdarlıqla vurğulamışdır. Vaqif Həsənov əhaliyə səhiyyə, təhsil, mədəniyyət xidmətinin yaxşılaşmasını, bütövlükdə dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgədə həyata keçirilən uğurlu sosial siyasət sahəsində qazanılan nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Son aylar bu bölgədə reallaşan sosial layihələr Xındırıstanı sözün həqiqi mənasında abad və müasir bir qəsəbəyə çevirmişdir.

Xındırıstan kəndində yerləşən xəstəxananın təmiri və avadanlıqlarla təchizatı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış sazişə əsasən icra edilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üçün əlavə maliyyələşdirmə çərçivəsində həyata keçirilmişdir. Layihəyə əsasən xəstəxanada elektrik təchizatı, su və kanalizasiya sistemləri yenidən qurulmuş, müasir avadanlıqlarla təchiz olunmuş, həyətində abadlıq işləri görülmüşdür.

Tədbir iştirakçıları xəstəxanada yaradılmış şəraitlə tanış olmuşlar.

Lazım QULİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM