04 Mart 2020 20:57
482
CƏMİYYƏT
A- A+

Ombudsman təsisatı ilə UNİCEF arasında birgə əməkdaşlığa dair növbəti fəaliyyət planı imzalanıb


Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvard ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkil UNİCEF ilə səmərəli əməkdaşlığın əhəmiyyətini, birgə tədbirlərin və mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək fəaliyyətin yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatı olaraq uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən tədbirlər, o cümlədən müstəqil monitorinq mexanizmi kimi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən və əməkdaşlıq imkanlarından danışıb.

E.Karvardin Azərbaycan ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, uşaq müəssisələrində Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən birgə işləri yüksək qiymətləndirib.

Görüşdə fəaliyyət planı çərçivəsində Milli Preventiv Mexanizminin uşaq komponentinə dəstək məqsədilə əlavə sosial işçi və hüquqşünas mütəxəssislərin bu proseslərə cəlb olunması, ombudsmanın fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması, uşaqlara ünvanlanan zəruri sosial xidmətlər əsas müzakirə mövzusu olub. Həmçinin açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planında əksini tapmış və uşaq hüquqları ilə bağlı müraciətləri də nəzərə alacaq ombudsmanın vahid qaynar xətt xidmətinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb, imzalanan fəaliyyət planı üzrə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.

Qeyd olunub ki, sosial xidmətlərdən istifadə imkanlarının, habelə uşaq müdafiəsi sisteminə təkliflər baxımından dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyaclarının qiymətləndirilməsi və monitorinqi də əsas hədəflərdəndir.

Sonda Ombudsman təsisatı ilə UNİCEF arasında birgə əməkdaşlığa dair fəaliyyət planı imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video