04 Mart 2020 17:41
724
Mədəniyyət
A- A+

“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatına üzv olmaq üçün qeydiyyata start verilib


Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il "Könüllülər ili” elan edilib. Bu xüsusda Mədəniyyət Nazirliyi və "Kreativ Azərbaycan” portalı (creative.az) "Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının formalaşması prosesinə start verir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hərəkat çərçivəsində yaradıcı şəxslərin mədəniyyət və yaradıcı sənayelər sahəsində iştirakının gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, bilik və bacarıqların daha da artırılması məqsədilə yaradıcı şəxslərin hərəkat halında təşkilatlanması, onlar üçün tematik bilik və təcrübə proqramlarının hazırlanması və həyata keçirilməsi, karyera proqramlarında iştirak, regionlarda yaşayan yaradıcı insanlar və incəsənət nümayəndələri ilə şəbəkələrin qurulması və birgə təcrübə mübadiləsi proqramlarının tərtib edilməsi planlaşdırılır.

Yaradıcılıq sahələrinin spesifik özəlliyi nəzərə alınmaqla, mühüm addımlardan biri kimi yaradıcılığın müxtəlif sahələrində nailiyyətlər qazanmış, böyük təcrübə sahibi olan yaşlı nəslin tanınmış nümayəndələrinin könüllü əsaslarla öz təcrübələrini bölüşmələri üçün xüsusi proqramların hazırlanması da nəzərdə tutulur. "Kreativ Azərbaycan Könüllüləri” Hərəkatında iştirak üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hərəkatın özünəməxsusluğu və fərqliliyi burada təmsil olunan könüllülərin yaradıcılığın müxtəlif istiqamətləri üzrə (yazıçı, şair, rəssam, musiqiçi, sənətkar, dizayner, memar, kinematoqraf, fotoqraf, createch mütəxəssisi və s.) yaradıcı qabiliyyətə və istedada malik olmalarıdır.

Bu hərəkat gələcək könüllülərə peşəkar inkişafa, nazirliyin genişmiqyaslı fəaliyyətində yaxından iştirak etməyə, ölkəmizdə yaradıcı sənayelərin inkişafına yönəlmiş "Kreativ Azərbaycan” prosesinin bir hissəsi olmağa, eləcə də yaradıcı təhsil sisteminin təkmilləşməsinə töhfə verməyə böyük imkan yaradacaqdır.

Onu da qeyd etmək lazımdır ki, "Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və dəstək işlərinin aparılması üçün 2019-cu ildə yaradılıb. Portalda şəbəkələşmə imkanları, müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və s. haqqında məlumatlar əks olunub.

Bu gündən başlayaraq "Kreativ Azərbaycan Könüllüləri” Hərəkatına qeydiyyat başlayıb. Qeydiyyat martın 31-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video