04 Mart 2020 17:26
551
CƏMİYYƏT
A- A+

İctimai rəyin öyrənilməsi sahəsində Azərbaycan və Rusiya dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub


Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin Fondunun baş direktoru Konstantin Abramovla görüşüb.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ictimai rəyin öyrənilməsi sahəsində hər iki mərkəzin təcrübəsindən danışılıb və aparılan tədqiqatların dövlət-vətəndaş münasibətlərində mühüm rolu qeyd olunub.

K.Abramov rəhbərlik etdiyi fondun keçdiyi uzun yol, son illər aparılan tədqiqatlar və həmin tədqiqatlarda müasir metodların tətbiqi sahəsində qazanılan uğurlardan bəhs edib. Onun dediyinə görə, müasir qloballaşan dünyada sosial tədqiqatların tətbiq olunmadığı idarəetmə sistemlərini təsəvvür etmək qeyri-mümkündür. Bu, cəmiyyətlə dövlət arasında daha mütəhərrik, səmərəli qarşılıqlı münasibətlərin qurulmasına yönəlmiş universal vasitədir.

Zahid Oruc fəaliyyət göstərdiyi az vaxtda rəhbərlik etdiyi mərkəzin gördüyü işlər, ictimai məkandakı yeri, aparılan sorğular, eyni zamanda qarşıda duran mühüm vəzifələr barədə danışıb.

Tərəflər ötən il bağlanılan tərəfdaşlıq sazişini əsas tutaraq, birgə layihələrin həyata keçirilməsinin Azərbaycan və Rusiya dövlətləri arasında mehriban münasibətlər nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıdığını bildiriblər. Görüş zamanı işçi qrupun yaradılması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib. Həmçinin Rusiya tərəfinin uzun illik təcrübəsindən yaranmış, ictimai rəyin öyrənilməsinin innovativ və səmərəli mexanizmlərinin işlənib hazırlanması və tətbiq olunması məsələsi ətrafında fikir mübadiləsi aparılıb və bu sahədə birgə konkret fəaliyyətlərin həyata keçirilməsi haqqında razılaşma əldə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video