04 Mart 2020 12:29
492
CƏMİYYƏT
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gəncləri növbəti könüllü fəaliyyətə dəvət edir


Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və gənclərin təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər İli” elan edilməsi bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atıldığını bir daha göstərdi.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda "Könüllülər İli” elan etməsini nəzərə almaqla, gənclər arasında könüllülük fəaliyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tətbiqini davam etdirir.

Xatırladaq ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllü fəaliyyət əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

- Aparatın şöbə və sektorlarında, eləcə də bölgə şöbələrində təcrübə keçmək;

- Müvafiq şöbələrin iş təcrübəsini öyrənmək;

- Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası ilə tanış olmaq;

- Dövlət Komitəsinin Bakıda və bölgələrdə keçirdiyi regional konfransların, seminar-müşavirələrin, seminar-treninqlərin təşkili prosesində iştirak etmək;

- Vətəndaşların qəbulunda bilavasitə iştirak etmək.

Könüllülük fəaliyyəti cari il üçün nəzərdə tutulub.

Könüllü kimi cari ildə fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətlərinə uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunub:

- İntizamlılıq;

- Xoşrəftarlılıq;

- Ünsiyyətcillik;

- Operativlik;

- Kollektivdə işləmək bacarığı;

- Təşkilatçılıq;

- Təşəbbüskarlıq;

- Məsuliyyətlilik;

- Kompüter bacarığı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllülər sırasına qoşulmaq istəyən gənclər mövzu hissəsində "Könüllü proqramı” göstərməklə 05.03.2020-ci il tarixdən 20.04.2020-ci il tarixədək öz CV-lərini (tərcümeyi-hal) [email protected] elektron ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin (012) 437 31 15; (012) 497 15 39 nömrələrinə zəng etmək olar.

Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video