Alternative content

00:13 01 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
20:47 31.03.2020 Müdriklik və böyüklük
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbinin daha səkkiz tələbəsi Avropada təhsil alacaq
Bakı Ali Neft Məktəbinin daha səkkiz tələbəsi Avropada təhsil alacaq
ANA SƏHİFƏ / Elm və texnika
12:22 04.03.2020

Bakı Ali Neft Məktəbinin (BANM) 8 tələbəsi "Erasmus+” proqramı çərçivəsində Bolqarıstanın Angel Kançev adına Ruse və Yunanıstanın Qərbi Attika universitetlərində 1 semestr müddətinə təhsil alacaq.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, tələbələrin tədris müddəti fevraldan iyunadək davam edəcək. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Avropada təhsil alacaq tələbələr və onların valideynləri ilə görüşüb. Rektor seçilmiş tələbələri təbrik edib və onlara qarşıdakı semestr ərzində uğurlar diləyib. O, həmçinin 1 semestrlik müddəti faydalı keçirməyi, yeni bilik və bacarıqlar əldə etməyi, Avropa universitetlərinin tədbirlərində fəallıq göstərməyi, əcnəbi tələbələrlə əlaqələrin qurulmasını, ölkəmizin, eləcə də ali məktəbin adını yüksək səviyyədə təmsil etməyi tələbələrə tövsiyə edib.

Bildirilib ki, BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasının IV kurs tələbələri Azər Əliyev, Fidan Abbaszadə, Emil Nağızadə, Tərlan Əhədli Bolqarıstanın Angel Kançev adına Ruse Universitetində, Həmidə Əliyeva, Kamran Alcanov, Toğrul Nəbili, Ömər Məmmədov isə Yunanıstanın Qərbi Attika Universitetində təhsil almaq imkanı əldə ediblər.

"Ümumilikdə 2019-2020-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasından 15 tələbənin "Erasmus+” proqramı çərçivəsində təhsilinin Avropada davam etdirilməsi nəzərdə tutulub. Onlardan 7-si yanvar ayından İspaniyanın Alkala Universitetində təhsil alır”, - deyə rektor bildirib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM