Alternative content

08:01 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda koronavirusa qarşı mübarizə gücləndirilir
Azərbaycanda koronavirusa qarşı mübarizə gücləndirilir
ANA SƏHİFƏ / Səhiyyə
04:01 04.03.2020


Yeni növ koronavirus xəstəliyi (COVID-19 ) getdikcə bütün dünyaya yayılır. Koronavirusu digər qrip növlərindən təhlükəli edən də elə sürətlə yoluxma xüsusiyyətidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 2-nə olan məlumatına əsasən, son 24 saat ərzində Ermənistan, Çexiya, Dominikan Respublikası, Lüksemburq, İslandiya və İndoneziyada koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 88 948 (1804 yeni)

Çində: 80 174 (206 yeni)

2915 ölüm halı (42 yeni)

Çinin xaricində:

8774 yoluxma halı (1598 yeni)

64 ölkə (6 yeni)

128 ölüm halı (24 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.


ÜST İrana tibbi yardım edib


ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesus məlumat verib ki, qurumun İrandakı bölməsinin əməkdaşından götürülən analizin cavabı müsbət olub və yeni növ COVID-19 koronavirusuna yoluxduğu üzə çıxıb. T.Gebreyesusun sözlərinə görə, təşkilatın əməkdaşı xəstəliyi yüngül formada keçirir.

İranda 23 deputatda da koronavirus testi müsbət çıxıb. Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub. İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi isə koronavirusdan ölüb.

Ötən gün İran koronavirusla mübarizə üçün ÜST-dən ilk tibbi yardım alıb. Tibbi yardım Dubaydan Tehrana hərbi təyyarə ilə gətirilib.

Koronavirusla mübarizə üçün gətirilən yardım, əsasən, 100 min nəfər üçün nəzərdə tutulan 8 ton dərmandan, diaqnostik cihazlardan, tibbi və laborator avadanlıqlardan ibarət olub. Bundan başqa, ÜST İrana həkimlər, laboratoriya ekspertləri və epidemioloqların daxil olduğu altı tibbi heyət göndərib.

Son məlumatlara əsasən, İranda koronavirusdan daha 11 nəfər ölüb, bununla da bu ölkədə virusdan ölənlərin sayı 77-yə, xəstəliyə yoluxanların sayı isə 2336-ya çatıb.


Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salına bilər


Koronavirus üzündən Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salına bilər. Məlumatı Olimpiadanın təşkilinə cavabdeh nazir Seyko Haşimito açıqlayıb. Sabiq velosipedçi və konkisürən bildirib ki, Yaponiya ilə Beynəlxalq Olimpiya Komitəsi arasında razılıq yarışın təxirə salınmasına imkan verir. Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçirilməlidir. Lakin yarış öncəsi baş tutmalı olan test yarışları ləğv edilib. Buna koronavirusun Yaponiyada da yayılması səbəb olub.


Azərbaycanda təxirəsalınmaz tədbirlər davam etdirilir


Koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Ölkəmizdə koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alan Nazirlər Kabineti daha əhatəli Tədbirlər Planı təsdiqləyib.

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları da təşkil olunub. Eyni zamanda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar ÜST-ün müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.

Məlumatda qeyd edilir ki, digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır: "Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan məktəbəqədər təhsil müəssisələrində, digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.


Bütün mülki aviasiya obyektlərinin dezinfeksiyası həyata keçirilir


"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir. AZAL-dan verilən məlumata görə, AZAL və "Buta Airways” aviaşirkətləri tərəfindən uçuşlardan sonra hava gəmilərinin xüsusi dezinfeksiyaedici mayelər ilə dezinfeksiyası həyata keçirilir; AZAL və "Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilmişdir; hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir; hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb.

Bundan əlavə, Azərbaycanın beynəlxalq hava limanlarında sutka ərzində dörd dəfə qeydiyyat zonalarında, tualetlərdə, sərnişinlər üçün nəzərdə tutulmuş otaqlarda bütün səthlərin, habelə sərnişinlərə və onların baqajlarına xidmət göstərən işçi heyətinin geyim və ayaqqabılarının dezinfeksiyası təmin edilir; gələn bütün sərnişinlər bədən hərarətini ölçən xüsusi cihaz vasitəsilə 3 səviyyəli yoxlamadan keçir; koronavirus infeksiyasına yoluxması şübhəli bilinən sərnişinin olduğu hava gəmisi üçün karantin meydançası ayrılıb. Belə hava gəmisinə xidmət göstərmək üçün istifadə olunmuş xüsusi texnika dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emaletmə prosedurundan keçir; yüksək bədən hərarəti aşkar edilən şəxslərin dərhal təcrid edilməsi üçün aeroportda xüsusi otaq ayrılmışdır; koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsinə çatdırılması üçün hava limanı ərazisində təcili tibbi yardım maşınları daim növbətçilik edir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda operativ qərargah yaradılıb və reyslərin uçuş cədvəlindəki dəyişikliklər və digər aviasiya prosedurları ilə bağlı bütün məsələlərlə əlaqədar müraciət edə biləcəyiniz, 24 saat fəaliyyət göstərən qaynar xətt fəaliyyət göstərir: (+994 12) 497 85 89.


Koronavirusun iqtisadiyyatımıza təsirini azaltmaq üçün tədbirlər görülür


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı söyləyib ki, hökumət koronovirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri görür. Bunun üçün cənab Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

O qeyd edib ki, Azərbaycan dövləti də bu qlobal şokun təsirini azaltmağa, daha az itki verməklə dövrü geridə qoymağa çalışır: "Bunun üçün vacib şərtlərdən biri də virusun özündən də sürətlə yayılan informasiya ilə manipulyasiya etməməkdir. Çünki panika bəzən problemin miqyasını dəfələrlə artırır. Xatırladım ki, dünyada Çindən sonra ən çox virusa yoluxma halı olan üç ölkədən biri - İranla sərhədimiz 765 km-dir. Xüsusən də nəzərə almaq lazımdır ki, İranda da ən çox yoluxma halı olan vilayətlərdən biri - Gilan ostanı Azərbaycanla sərhəddədir. Bu halda Azərbaycan insanlarının sağlamlığını qorumaq və iqtisadiyyata olan mənfi təsirləri azaltmaq üçün dövlətlə bərabər hamı birlikdə çalışmalıdır. Xüsusən də, bu aralarda kəmfürsətçillik etmək daha çox qəbahətdir. Məsələn, Çinin və dünyanın aparıcı biznesləri sosial məsuliyyətini başa düşərək problemin həlli üçün dəstək tədbirləri həyata keçirirlər. İnanırıq ki, Azərbaycan dövləti qlobal miqyasda yaranmış bu sınaqdan da uğurla çıxacaq”.


Valideynlərin təşvişinə ehtiyac yoxdur...


Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Son məlumata əsasən, artıq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Bakı şəhər Dezinfeksiya Mərkəzinin həkimi Elvin Məmmədov məlumat verib ki, koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə onun 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Təşvişə ehtiyac yoxdur, koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti azdır: "Bu istiqamətdə təxirəsalınmaz əks-epidemik dezinfeksiya işləri təcili aparılır. Burada Türkiyə və İspaniya istehsalı olan yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən daim istifadə olunur. Səthlərdən asılı olaraq dərman məhsulları dəyişə bilir. Bəzən valideynlər təşvişə düşürlər. Bu, o demək deyil ki, əks-epidemik tədbirlər hər hansı epidemik göstəriş olanda həyata keçirilir. Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq nəticəsində demək olar ki, yanvar ayının əvvəlindən hər yerdə bu tədbirlər görülür”.


İçərişəhərdə muzeylərdə daim dezinfeksiya işləri aparılır


İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riyad Qasımov deyib ki, dövlət tərəfindən virusun yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, İçərişəhərdə muzeylərdə daim dezinfeksiya işləri aparılır: "Novruz bayramı zamanı İçərişəhərdə mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Hələki bu tədbirlərə məhdudiyyət qoyulmayıb. Novruz bayramı zamanı İçərişəhərə turistlər gəlir, xüsusilə İrandan çoxlu sayda gələn insanlar olur. Ümid edirik ki, dövlət tərəfindən görülən tədbirlər nəticəsində problem yaşanmayacaq”.


İmtahanlar təxirə salınıb


Koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bəzi planlaşdırılan tədbirlər təxirə salınıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 9 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan 9-cu sinif buraxılış imtahanı təxirə salınıb.

Qeyd edək ki, imtahan Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonları üzrə keçirilməli idi.

Bu istiqamət üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

Eyni zamanda 9 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb. İmtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.


İdman tədbirləri dayandırılıb


Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə idman tədbirləri də ertələnib.

Futbol üzrə Azərbaycan çempionatının I divizionunun martın 6-da keçiriləcək "Turan Tovuz” - MOİK oyunu təxirə salınıb. Buna paytaxt təmsilçisinin Peşəkar Futbol Liqasına (PFL) müraciəti səbəb olub.

Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə onların xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti dayandırılıb.


Görüşün vaxtı və yeri yaxın günlərdə dəqiqləşəcək


Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb. Azərbaycan Basketbol Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın ötən gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşdirilməyib. Həmçinin martın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsi nəzərdə tutulan Jr.MBA-nın püşkatması da koronavirus səbəbindən baş tutmayacaq.

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq həmin turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.

Tədris müəssisələrinin bağlanması, tədbirlərin təxirə salınması qərarlarının mahiyyətini başa düşməyin vacib olduğunu söyləyən Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn əhaliyə tövsiyə edib ki, vətəndaşlar kütləvi yerlərdən uzaq dursunlar: "Mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərə getməsinlər. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birləriylə az təmasda olsunlar ki, ehtimal edilən infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir”.


Həkim müşahidəsində olanların vəziyyəti normaldır


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib: "Həkim müşahidəsinə götürülənlər İran İslam Respublikası vətəndaşlarıdırlar. 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir.

Qeyd edək ki, yuxarıda qeyd edilənlər İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatına görə, ölkəmizdə 3 nəfər koronavirusa yoluxub. Hazırda hər 3 şəxsin vəziyyəti sabitdir. Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlü Rusiya vətəndaşıdır. Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olan həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub. 29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs isə fevralın 26-da xəstəxanaya yerləşdirilib. O, Qum şəhərindən ölkəmizə gəlib. TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, hazırda koronavirus olan həmin 3 xəstənin vəziyyəti stabildir, müşahidə altında saxlanılırlar.

İnfeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Vasif Əliyev bildirir ki, xəstəlik 2-14 gün davam edən inkubasiya dövründən sonra ani başlayan yüksək hərarət (39 dərəcə), öskürək və nəfəs almada çətinlik çəkməklə özünü büruzə verir. Bəzi xəstələrdə boğaz ağrısı və burun axıntısı da baş verir. Xəstəlik əsasən orta-ağır bir klinik seyr göstərir. Ağır formada xəstələnən və ölən insanların böyük qismi 65 yaşdan yuxarı, xroniki xəstəlikləri (ağciyər xəstəlikləri, orqan çatışmazlıqları, onkoloji xəstəliklər, diabet, immun sistemi zəiflədən xəstəliklər) olan insanları əhatə edir. Gənc və sağlam insanlarda xəstəlik nisbətən daha yüngül formada seyr olunur: "Yeni koronavirusun digər koronaviruslar kimi tənəffüs yolu ilə yoluxduğu düşünülür. Xəstə insanlardan öskürək, asqırma, gülmə, danışma zamanı ətrafa yayılan virusu daşıyan damlacıqlar, sağlam insanların selikli qişalarına təmas edərək bu insanların xəstələnməsinə səbəb olur. Xəstəliyin bu formada insandan insana yoluxması üçün yaxın təmas (1 metrdən yaxın) olmalıdır”.

Həkim bildirir ki, xəstəlikdən qorunmaq üçün hər hansı peyvənd yoxdur, bu səbəblə qorunmada hələlik ən effektiv yol virusla (xəstə insanlarla) təmasdan qaçmaqdır. Tənəffüs yolu infeksionuna səbəb olan bir çox virusun (qrip, zökəm virusları və s.) insanların arasında yayılmaqda olduğu qış aylarında sadəcə, 2019-nCoV-dan deyil, digər bütün tənəffüs yolu xəstəliklərinə səbəb ola biləcək viruslardan qorunmaq üçün əl təmizliyinə diqqət edilməsi, təmiz olmayan əllərin göz, ağız və buruna təmas olunmaması çox vacibdir: "Hələlik koronaviruslara təsir göstərdiyi isbatlanmış hər hansı bir dərman da yoxdur. Bu səbəbdən xəstələrə şikayətlərini azaldacaq və əgər orqan zədələnməsi baş veribsə, zədələnmiş orqanın funksiyasının bərpasını dəstəkləyən müalicələr verilir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM