Alternative content

05:54 11 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
01:45 11.07.2020 Qlobal liderlik missiyası
01:29 11.07.2020 BİLDİRİŞ
01:29 11.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Türkiyə: bənzərsiz qardaşlıq nümunəsi
Azərbaycan-Türkiyə: bənzərsiz qardaşlıq nümunəsi
ANA SƏHİFƏ / SİYASƏT
04:00 04.03.2020


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xocalı qətliamının növbəti ildönümü ərəfəsində ölkəmizə səfəri siyasi-iqtisadi əhəmiyyət kəsb etdiyi qədər mənəvi amillərə söykənir və bir çox məqamlara işıq salır.

Dünyada iki elə ölkə tapmaq mümkün deyil ki, Azərbaycan və Türkiyə qədər qırılmaz tellərlə bir-birinə bağlansınlar.

Bütün sivil ölkələr arasında siyasi və ikitərəfli münasibətlər qurulur, müqavilələr bağlanılır, qarşılıqlı əməkdaşlıq inkişaf etdirilir.

Lakin Azərbaycan-Türkiyə münasibətlərinin müasir dünya müstəvisində bənzəri yoxdur. Bu baxımdan iki ölkənin əlaqələrindəki sıx bağlılıqlara, onların dərinliyinə və tarixin bətnindən sızan mənəvi köklərinə bugünkü münasibətlərin prizmasından nəzər salmağa dəyər.

Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında necə salamlamasına fikir verin: "Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz”. Dünya diplomatiyası tarixində heç bir dövlət başçısı digərini belə bir ifadə ilə qarşılamamışdır. Bu, diplomatik protokoldan uca olan siyasi jestdir. Bu ifadə yalnız Azərbaycan Prezidentinin yox, həm də bütün Azərbaycan xalqının qəlbindən gələn səmimi ifadədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində öncə münaqişə bölməsində şəhid olan Azərbaycan əsgərini ehtiramla yad etdi: "Dünən şəhid olan azərbaycanlı qardaşımıza - İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bundan qısa müddət əvvəl bir qardaşımız da şəhid olub, ona da Allahdan rəhmət diləyirəm. Bütün Azərbaycan xalqına da şəxsən öz adımdan, nümayəndə heyəti və bütün xalqım adından başsağlığı diləklərimi də burada ifadə etmək istəyirəm”.

Azərbaycan müasir dünya düzənində ən gənc ölkələrdən biri sayılsa da, artıq zəngin diplomatik təcrübəyə malik olan, çoxsaylı beynəlxalq tədbirlərə evsahibliyi edən ölkə kimi Ərdoğanı fərqli qaydada qarşılamaqla qardaşlığımızın əbədiliyini əməldə təsdiq etdi. Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra iki dövlət başçısının iştirakı ilə Azərbaycan və Türkiyə arasında çoxsaylı sənədlər imzalandı və ardınca hər iki dövlət başçısı bəyanatla çıxış etdilər.

Prezident İlham Əliyev bəyanatında Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu, siyasi əlaqələrin iki xalqın iradəsini əks etdirdiyini, bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış etdiklərini, bir-birlərinə arxa, dayaq olduqlarını bildirdi: "Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir. Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir”. İqtisadi əlaqələrə gəldikdə dövlətimizin başçısı hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkətinin fəaliyyət göstərdiyini, onların birlikdə 300-dən çox layihədə 16 milyard dollar həcmində iş gördüyünü və bu məsələdə Türkiyənin birinci yerdə olduğunu, həmçinin Azərbaycanın Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyənin isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə yatırdığını qeyd etdi.

Müdafiə, nəqliyyat sahəsində iş birlikləri qurulur və davam edir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumu imzalanıb ki, bu da Ermənistanın işğalçı siyasətinə iki dövlətin birlikdə vurduğu ağır zərbədir. Belə ki, uzun illər mühasirə şəraitində yaşayan Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problem idi. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi isə bu problemi aradan qaldıracaq, Naxçıvandan Türkiyəyə ixrac ediləcək malların çeşidi və həcmi artacaq.

Rəcəb Tayyib Ərdoğan bəyanatında Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə həmişə həmrəylik nümayiş etdirdiklərini diqqətə çatdırdı və etiraf etdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bölgəmizə rifah, sabitlik və sülh gətirməsi göz önündədir: "Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var”.

Türkiyə Prezidenti bəyanatında ən vacib məqamlardan birini daha çox qabartdı: "Dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə müdafiə sənayesi sahəsində atdığımız addımlar gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır”. Ərdoğan Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mübarizəsinə daim dəstək verəcəklərini, Minsk qrupunun bu məsələdə təxminən 25 il vaxt itirdiyini qeyd etdi, Xocalı qətliamını XX əsrin ən böyük vəhşətlərindən biri kimi dəyərləndirdi. Bir sözlə, iki dövlət başçısının bu görüşü Azərbaycan-Türkiyə münasibətlərinin əbədi və qırılmaz tellərlə bağlandığını bir daha təsdiqlədi.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM