Alternative content

07:35 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnstitutun fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub
İnstitutun fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub
ANA SƏHİFƏ / Təhsil
03:45 04.03.2020


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) qarşıda duran hədəf və məqsədlərlə bağlı növbəti iclas keçirilib. İclasda fevral ayının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub.

Aİİ rektoru Ceyhun Məmmədov ölkəmizdə təhsilə, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərilən diqqət və qayğıdan bəhs edib. İnstitut rəhbəri vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan yüksək təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirən C.Məmmədov Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən bəhs edib. O, tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması istiqamətində görülən işlər, həmçinin nəzərdə tutulmuş layihələr haqqında fikirlərini bölüşüb.

Rektor xarici universitetlərlə əlaqələrin qurulması, ikili diplom, Erasmus+, Mövlanə proqramları ilə tələbələrin xaricdə təhsil imkanları barədə danışaraq, bu yöndə görülən işlərin peşəkar mütəxəssis hazırlama baxımından məqsədyönlü fəaliyyət olduğunu nəzərə çatdırıb.

Zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, dərin bilikli, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin institutun əsas vəzifələrindən olduğunu nəzərə çarpdıran C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər etdiyini, ona göstərilən yüksək inamı və etimadı doğrultmaq üçün bütün imkanları ilə çalışdığını bildirib.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM