03 Mart 2020 22:37
1204
CƏMİYYƏT
A- A+

DST rəhbəri: yeni koronavirusun yayılmasını dayandırmaq mümkündür


Çində koronavirusa yeni yoluxmaların sayı azalmaqda davam edir. Ötən ilin sonunda epidemiyanın başladığı Çinlə müqayisədə digər ölkələrdə dünən 9 dəfə çox virusa yoluxma halı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Gebreyesus mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, son iki gündə Çində cəmi 206 yeni yoluxma halı təsdiqlənib. Bunlardan yalnız 8-i yeni koronavirusun baş qaldırdığı Xubey əyalətinin hüdudlarından kənardadır.

Dünyada isə virusun yayılma coğrafiyası genişlənir: bazar ertəsinə olan məlumata görə 61 ölkədə 8739 yoluxma halı qeydə alınıb, 127 nəfər bu virusun qurbanı olub. "Daha təhlükəli vəziyyət Cənubi Koreya, İtaliya, İran və Yaponiyada cərəyan edir”, - deyə Tedros Gebreyesus vurğulayıb.
O, DST-nin ekspertlər qrupunun artıq Tehrana çatdığını xəbər verib. Onlar özləri ilə müxtəlif tibbi ləvazimatlar, o cümlədən koronavirusu aşkarlamaq üçün zəruri olan laboratoriya materialları aparıblar. Bundan başqa, mütəxəssislər İran hökumətinə virusla mübarizədə texniki dəstək göstərəcəklər. Doktor Tedros DST-nin bu ölkədəki nümayəndəliyinin bir əməkdaşının da virusa yoluxduğunu deyib.

Cənubi Koreyada yoluxma hallarının sayı 4200-ə çatıb, 22 nəfər bu xəstəlik nəticəsində ölüb. Lakin bütün yoluxma hallarının beş rayonda cəmlənməsi faktı həkimlərdə nikbinlik əmələ gətirir. Virusun ölkənin digər hissələrinə yayılması məhdudlaşdırılıb. "Bu, çox mühümdür. Bu, o deməkdir ki, epidemioloji tədbirlər uğurla nəticələnir. Epidemiya barədə dəqiq göstəricilər – xəstəlik üzərində qələbəyə doğru ilk addımdır”, - deyə DST rəhbəri bildirib.

T.Gebreyesus bildirib ki, tibb ictimaiyyəti unikal vəziyyətlə qarşı-qarşıyadır: bir insandan digər insana keçən respirator infeksiyaları saxlamaq mümkün deyil. "Əgər söhbət qrip epidemiyasından getsəydi, o zaman qrip bütün Yer kürəsini caynağına keçirər və heç bir səylər onun yayılmasını dayandırmağa kömək etməzdi. Lakin yeni koronavirusu dayandırmaq mümkündür. Bütün dünya ölkələri bu hədəfi öz prioritetlərinin sırasına daxil etməlidirlər”, - deyə doktor Tedros hesab edir.

DST əvvəlki kimi COVID-2019-u pandemiya adlandırmağa hazır deyil: 88913 yoluxma halı, bunların da 90 faizinin Çinin bir əyalətinin payına düşməsi pandemiyanın meyarlarına müvafiq deyil. 130 ölkədə hələ ki, koronavirusa bir yoluxma halı belə qeydə alınmayıb.

Bununla yanaşı, BMT və digər beynəlxalq təşkilatlar infeksiyanın yayılma ehtimalını məhdudlaşdırmaqdan ötrü profilaktika məqsədi ilə müxtəlif kütləvi tədbirlərin keçirilməsi formatına yenidən baxırlar. Məsələn, BMT-də hər il keçirilə ən iri tədbir – Qadınların Vəziyyəti üzrə Komissiyanın adətən minlərlə nümayəndənin qatıldığı iclası məhdud formatda, təşkilata üzv ölkələrin daimi nümayəndəliklərinin iştirakı ilə keçiriləcək. Komissiyanın iclası çərçivəsində nəzərdə tutulan tədbirlər ləğv edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video