03 Mart 2020 22:34
1554
Elm və texnika
A- A+

AMEA-nın prezidenti İtaliyanın “Sandro Teti” nəşriyyat evinin rəhbəri ilə görüşüb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın məşhur "Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasında tarixən mövcud olmuş əlaqələrdən söz açıb. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərini xatırladan akademiya rəhbəri ölkələrimiz arasında bir sıra istiqamətlərdə, o cümlədən elm sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.

Sonra Sandro Teti İtaliyanın məşhur "Sandro Teti” nəşriyyat evinin fəaliyyəti barədə ətraflı məlumat verib. Rəhbərlik etdiyi poliqrafiya müəssisəsinin çap məhsullarının yayıldığı dünya ölkələri, həmçinin burada nəşr olunan kitabların tematikası, yayımı, yüksək çap səviyyəsi haqqında danışan italiyalı naşir fəaliyyət sahələrinin əhəmiyyətli tərkib hissəsini əhatə edən tərcümə əsərləri barədə söz açıb. O, burada xarici ölkə müəlliflərinin nəşr edilən əsərlərinin alim-tərcüməçilər tərəfindən yüksək peşəkarlıqla tərcümə edildiyini, əsərlərin orijinala daha yaxın olduğunu xüsusi vurğulayıb. "Sandro Teti” nəşriyyatında çap olunan kitablardan nümunələri və Azərbaycanla bağlı bir sıra kitabların çap olunmamış layihə variantlarını müzakirə üçün təqdim edən italiyalı qonaq AMEA rəhbərliyinə də öz peşəkar xidmətlərini təklif edərək əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Akademik Ramiz Mehdiyev Azərbaycan elminin bir sıra istiqamətlərini əhatə edən müxtəlif səpkili kitabların bu günə qədər dünyanın bir çox dillərinə tərcümə olunaraq yayıldığını qeyd edib. İtaliyanın nəşriyyat rəhbərinin Azərbaycanla bağlı təkliflərini yüksək dəyərləndirən akademik Ramiz Mehdiyev ölkə elminin Avropada təbliğ olunmasının genişləndirilməsi məqsədilə bir sıra əsərlərin italyan dilinə tərcümə edilib yayılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə nəşriyyat işi və arxeoloji memarlıq sahəsində fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan tarixi, ədəbiyyatı və folklorunu əhatə edən bir neçə əsərin mərhələlərlə italyan dilinə tərcümə edilməsi məsələləri müzakirə olunub.

İtaliyalı naşir rəhbərlik etdiyi nəşriyyatda çap olunmuş Bertelsin "Nizami Gəncəvi” monoqrafiyasını və İmadəddin Nəsiminin italyan dilində çıxmış kitabını AMEA rəhbərliyinə təqdim edib. Ulu öndər Heydər Əliyevin həyatı və yaradıcılığını, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, həmçinin "Kitabi-Dədə Qorqud” dastanını, o cümlədən çoxəsrlik Azərbaycan ədəbiyyatı nümunələrini əhatə edən əsərlərin İtaliyanın məşhur "Sandro Teti” nəşriyyat evində peşəkar şərqşünas alimlər tərəfindən italyan dilinə tərcümə olunaraq çap edilməsi barədə ilkin razılığa gəlinib.

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video