03 Mart 2020 22:32
738
SİYASƏT
A- A+

ABŞ konqresmeninin Xocalı qətliamı ilə bağlı bəyanatında mülki əhaliyə qarşı hücumların qəbuledilməzliyi vurğulanır


ABŞ Konqresində Xocalı qətliamı ilə bağlı bəyanatlar verilməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, növbəti bəyanat Arizona ştatını təmsil edən Konqres üzvü Pol Qosar tərəfindən yayılıb.

Bəyanatda 28 il bundan əvvəl baş vermiş faciə ABŞ Konqresinin diqqətinə çatdırılır. Bildirilir ki, Azərbaycan bu gün regionun geniş imkanlara, zəngin mədəniyyətə, əmin-amanlığa malik ölkəsidir. Bəyanatda, eyni zamanda, müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, Sovet İttifaqının dağılması ilə Ermənistanla yaranan münaqişə barədə məlumat verilir, Xocalı faciəsindən bəhs olunur.

Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu nəticəsində 613 nəfər qətlə yetirilib. Qətliam qurbanlarının anılmasının vacibliyi bildirilir, mülki əhaliyə qarşı hücumların qəbuledilməz olduğu diqqətə çatdırılır.

Bəyanatda ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olmasından məmnunluğunu ifadə edən Konqres üzvü ölkəsinin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyini bildirir, Xocalı əhalisinin xatirəsinin yad edilməsinin önəmini vurğulayır. Azərbaycan əhalisinin belə qətliamla bir daha üzləşməməsi üçün münaqişənin həllinin vacibliyi qeyd edilir.

Bəyanatın sonunda Xocalı qurbanlarının xatirəsi bir daha yad edilir.

Bəyanatın mətni ilə https://www.congress.gov/116/crec/2020/02/26/modified/CREC-2020-02-26-pt1-PgE218-4.htm internet səhifəsində tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video