Alternative content

09:50 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda koronavirus kütləvi epidemiyaya çevrilə bilməz
Azərbaycanda koronavirus kütləvi epidemiyaya çevrilə bilməz
ANA SƏHİFƏ / Səhiyyə
01:10 03.03.2020


Dövlət tərəfindən bu fəsadın qarşısının alınması üçün effektiv tədbirlər görülür


Çindən başlayıb dünyaya yayılan yeni növ koronavirus xəstəliyi (COVlD-19) ilə bağlı xəbərlər dünyanın əsas gündəm mövzusudur. Müxtəlif ölkələrdə hər gün xəstəliyə yeni yoluxma halları qeydə alınır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 1-nə olan məlumatına əsasən, dünyada 87137 (1739 yeni), Çində 79 968 (579 yeni), Çinin xaricində 58 ölkədə (5 yeni) 7169 yoluxma halı (1160 yeni) təsdiqlənib. Virusun başlanğıcı sayılan Çində xəstəlikdən 2873 ölüm halı (35 yeni), digər ölkələrdə 104 ölüm halı (18 yeni) baş verib.


Koronavirusun ölkəmizdə yayılmaması üçün bütün lazımi tədbirlər görülür


Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına görə, ölkəmizdə 3 nəfər koronavirusa yoluxub. Hazırda hər 3 şəxsin vəziyyəti sabitdir.

Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlü Rusiya vətəndaşıdır. Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olan həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub. 29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs isə fevralın 26-da xəstəxanaya yerləşdirilib. O, Qum şəhərindən ölkəmizə gəlib.

Azərbaycanda koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alan Nazirlər Kabineti daha geniş əhatəli Tədbirlər Planı təsdiqləyib.

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları da təşkil olunub.

Eyni zamanda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.

Beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə ölkəmizin paytaxtında, eləcə də regionlarında fəaliyyət göstərir. Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb. Eyni zamanda koronavirus (COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir. Stasionar, səyyar və mobil tipli bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini ÜST tərəfindən yüksək qiymətləndirilib.

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkədə təxirəsalınmaz tədbirlər davam etdirilir. Xəstəliyin ölkəmizdə yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır.


Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 10 milyon manat ayrıldı


Ölkəmizdə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fevralın 29-da saat 16:00-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.

İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.

Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.

Baş nazir Əli Əsədov martın 2-də dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 000 000 (on milyon) manat məbləğində vəsait ayrılıb.


İrandakı Azərbaycan vətəndaşları təxliyə olunacaq


İranla Azərbaycan arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəmizə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir. Nazirlər Kabineti koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə qonşu İranda olan Azərbaycan vətəndaşlarının təxliyəsinə başlayır. Bu məqsədlə martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəmizə qayıtması təmin ediləcək. İrandan təxliyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcək: "Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı Səfirliyi və Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur”, - Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında deyilib.

Qeyd edək ki, Naxçıvanın da İranla sərhədi tam bağlanıb. Türkiyə ilə sərhəd açıq olsa da, məhdudlaşdırma var. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərov bildirib ki, avtovağzallar, hava limanı, sərhəd tam gücləndirilmiş rejimdə çalışır: "Naxçıvana daxil olan, eyni zamanda, bizdən Türkiyəyə gedən avtomobillər dezinfeksiya edildikdən sonra buraxılır. Türkiyəyə sərnişin təyyarələri də, quru yolla nəqliyyat vasitələri də işləyir, gündəlik ərzaq məhsulları gətirilir-aparılır. Bütün avtovağzallarda, hava limanında müşahidə kameraları vasitəsilə insanların hərarəti uzaq məsafədən ölçülür, dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, virus təhlükəsi səbəbilə hər bir gömrüyün yaxınlığında müvafiq xəstəxanalar ayrılıb: "Əgər virus aşkarlanarsa, xəstələr xüsusi ayrılmış palatalara yerləşdiriləcək. Şükürlər olsun ki, hələlik bütün palatalar boşdur. Hazırda Naxçıvan Muxtar Respublikasında koronavirus şübhəsilə karantinə alınan xəstə yoxdur”.

Onu da qeyd edək ki, Azərbaycan İranla sərhədi bağlasa da, Bakı-Tehran- Bakı reysi üzrə uçuşlar hələ də təxirə salınmayıb.

Martın 5-dən etibarən Qazaxıstandan koronavirus infeksiyasının (COVID-19) yayıldığı ölkələrə uçuşların sayı azaldılacaq. Bununla əlaqədar Nur-Sultan-Bakı istiqamətində uçuşlar ləğv ediləcək. Almatı-Bakı və Aktau-Bakı istiqaməti üzrə uçuşlar həftədə bir dəfəyədək endiriləcək. Nur-Sultan-Bakı aviareysinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.


Qaynar xətlərə müraciət edə bilərsiniz


Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə müxtəlif qurumlarda qərargahlar yaradılıb və qaynar xətlər fəaliyyətə başlayıb.

Belə ki, Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib. Qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını və müvafiq qərarların təxirəsalınmadan qəbul edilməsini təmin edəcək. Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə koronavirus xəstəliyinin profilaktikası ilə bağlı məlumatların iş saatlarında dərhal Nazirliyin müvafiq struktur bölmələrinə, qeyri-iş saatlarında Təhsil Nazirliyinin növbətçi əməkdaşına çatdırılması tapşırılıb.Vətəndaşlar təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinə aid sorğularla bağlı nazirliyin xüsusi hallar üçün nəzərdə tutulmuş 146-2 qaynar xəttinə 24 saat ərzində müraciət edə bilərlər.

"Azərbaycan Dəmir Yolları”nın və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət də qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryolu Vağzalının qaynar xətti fəaliyyət göstərir: (+994 12) 499 61 11.

Martın 2-də Bakı Nəqliyyat Agentliyində də qərargah və (012) 404-79-95 nömrəli qaynar xətt işə başlayıb.

"Eyni zamanda, bildiririk ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq taşırıqlar verilib. Həmçinin, qeyd edək ki, "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb”, - deyə qurum bəyan edib.


Koronavirus dünyada


Son məlumatlara əsasən, Yaponiyada yeni koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb, 12 nəfər vəfat edib. Yoluxanların əksəriyyəti - 705 nəfər "Diamond Princess” kruiz laynerinin sərnişinləri və heyət üzvləridir. Artıq ölkənin şimalında yerləşən Hokkaydo prefekturasında fövqəladə vəziyyət elan edilib.

Almaniyada yeni növ koronavirusa yoluxma halı 129-a çatıb. Yoluxma halları 16 federal bölgədən doqquzunda qeydə alınıb. Yoluxanların ən çox qeydə alındığı bölgə Şimali Reyn - Vestfaliya (74), Bavariya (23), Baden-Vürtemberq (15) və Qessendir (8).

İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə daha 12 nəfərin bu infeksiyanın qurbanı olduğunu bildirib. Beləliklə, İranda koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb. Daha 523 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 1501 olub, 291 nəfər isə bu xəstəlikdən sağalıb.

Ölənlər arasında İranın Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi də var. Məsih Daneşvəri xəstəxanasında müalicə alan Məsləhət Şurasının üzvü dünən yeni koronavirusa yoluxması nəticəsində vəfat edib. Qeyd edək ki, İran parlamentinin 5 deputatı, səhiyyə nazirinin müavini, prezidentin müavini virusa yoluxanlar arasındadır. İranın Vatikandakı sabiq səfiri və bir neçə məşhur şəxs bu virus nəticəsində vəfat edib.

İraqda daha 6 nəfərdə yeni növ koronavirus pnevmoniyasına yoluxma halı qeydə alınıb. Yoluxanların hamısı təzəlikcə İrandan qayıdanlar olub.Yeni yoluxma halları ilə birlikdə İraqda koronavirusa yoluxanların ümumi sayı 18 nəfərə çatıb.

İtaliyada bu günə qədər koronavirusun yeni növünə yoluxanların sayı 1694 nəfərdir. Onlardan 80-dən çoxu sağalıb, 34-ü ölüb. Ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli açıqlama verib ki, virusa yoluxmuş şəxslərin 9 faizi reanimasiya şöbələrindədir, təxminən 51 faizi evdə karantindədir, onlarda xəstəliyin ciddi əlamətləri yoxdur. İtaliyada koronavirus ən çox Lombardiya vilayətində qeydə alınıb. 50 mindən artıq insanın yaşadığı 10 şəhərdə karantin elan edilib. Bu şəhərlərin sakinlərinə ərazini tərk etmək qadağan olunub.

ABŞ-ın şimal-qərbindəki Vaşinqton ştatında koronavirusdan ikinci ölüm hadisəsi baş verib. Şənbə günü Vaşinqton ştatının Səhiyyə Departamenti ölkə ərazisində koronavirusdan birinci ölüm hadisəsi haqqında məlumat verib. Belə ki, ştatda 50 yaşlı kişi virusdan ölüb. Bundan sonra qubernator Cey İnsli koronavirusun yayılması və ölkədə qeydə alınmış ilk ölümlə əlaqədar ştat ərazisində fövqəladə vəziyyət elan edib.

Məlumata görə, ABŞ-ın Nyu-York və Rod-Aylend ştatlarında da koronavirusa ilk yoluxma hadisələri qeydə alınıb. Mütəxəssislər koronavirusa yoluxmuş şəxslərdən biri ilə ünsiyyətdə olmuş 40 nəfəri müayinə edirlər.

Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb. Səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanlardan ikisi Praqadakı "Na Bulovce” xəstəxanasına, bir nəfər isə Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilib. Koronavirusa yoluxanlardan biri İtaliyadakı universitetlərdən birində təcrübə keçdikdən sonra Praqaya qayıdandı. Praqada xəstəxanaya yerləşdirilən amerikalı qadın isə Milanda təhsil alıb. Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilən üçüncü şəxs isə İtaliyada kurortda istirahətdə olub.

Cənubi Koreyada koronavirusa yoluxmuş daha 4 nəfər ölüb, nəticədə ölkədə epidemiyadan ölənlərin sayı 26-ya çatıb. Rəsmi məlumata əsasən, Cənubi Koreyada koronavirus daşıyıcılarının sayı 4212 nəfərdir.

Küveytdə daha 10 nəfər koronavirusa yoluxub. Beləliklə, yoluxanların sayı 56 nəfərə çatıb.

İndoneziyada hələ ki, 2 koronavirus daşıyıcısı aşkarlanıb.

Martın 1-ə qədər qonşu ölkə Gürcüstanda yeni koronavirusa üç yoluxma halı təsdiqlənib.

Ermənistanda 30-dan çox şəxs koronavirusa yoluxma şübhəsi ilə karantinə yerləşdirilib. Hələlik xəstəlik yalnız İrandan gələn 29 yaşlı Ermənistan vətəndaşında aşkarlanıb.


Məktəb və universitetlərdə dərslər ləğv olunur


Koronavirusun yayılması müxtəlif ölkələrdə nəinki biznesə, iqtisadi əlaqələrə də zərər vurub, təhsil sahəsində çətinlik yaradıb. Dünyanı cənginə alan bu epidemiyanın qeydə alındığı bir çox ölkələrdə orta və ali təhsil müəssisələrində müvəqqəti tətil elan olunub, dərslər ləğv edilib.

Böyük Britaniya hökuməti Çeşir qraflığı və Norveç şəhərində dərslərin bağlanması barədə qərar verib. Buna səbəb İtaliyaya gəzintidən dönən şagirdlərdə koronavirus ehtimalının olmasına görədir. Ölkədə 13 nəfər virusa yoluxsa da, onlardan 8-i sağalıb.

İranda şənbə günündən ölkədəki bütün məktəblər bir neçə günlük bağlanıb. Universitetlər isə 1 həftə müddətində fəaliyyətini dayandıracaq. Koronavirusun xüsusən tüğyan etdiyi Qum şəhərində 2 həftəlik karantin elan olunub.

Rumıniyada 1 nəfər yoluxucu xəstəliyə tutulsa da, ölkə rəhbərliyi Qərb regionunda yerləşən Kluj-Napoka, Arad, Timişoara və Tıqu Jiu şəhərlərində dərsləri ləğv edib.

İtaliyanın Lombardiya, Veneto, Emiliya-Romanya və Pyemont vilayətlərində universitetlər bağlanıb.

Yaponiyada COVİD-19 virusunun qarşısını almaq üçün ibtidai və orta məktəblər aprel ayına qədər bağlı qalacaq.

Küveytdə isə dərslər 2 həftəlik dayandırılıb. Ölkədə viruslu pasientlərin sayı 26-ya çatıb.

İraq hökuməti isə ölkədəki bütün təhsil müəssisələrini, o cümlədən universitetləri 10 gün ərzində bağlayıb. İraq Antiböhran Mərkəzi martın 7-nə qədər kinoteatr, qəhvəxana, əyləncə və ictimai obyektlərin bağlanması barədə elan verib.

Pakistanda fevralın 27-dən İranla həmsərhəd ərazilərdə məktəb və universitetlər, sənaye müəssisələri fəaliyyətlərini dayandırıblar.

İsrail də analoji addımı atıb. Ölkədə təhsil müəssisələri martın ortalarına qədər bağlı elan olunub.

Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətili martın 9-da deyil, martın 2-dən başlayıb və ayın 16-dək davam edəcək. Martın 2-dən bütün uşaq bağçalarında da tətil elan olunub. Təhsil naziri Mixail Çxenkeli universitetlərə müraciət edərək semester imtahanlarının vaxtının dəyişdirilməsi, bir qədər ertələnməsi ilə bağlı tövsiyə məktubu göndərib.


Azərbaycanda da təhsil müəssisələri bağlandı


Dünən Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda da bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Qərargahdan verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb. İlk tədris günü mart ayının 10-u müəyyən edilib.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM