Alternative content

07:51 06 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:09 06.06.2020 Nakam ömürlü şair…
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər və İdman naziri “Aeroflot open” beynəlxalq festivalının qalibi olan Aydın Süleymanlı ilə görüşüb
Gənclər və İdman naziri “Aeroflot open” beynəlxalq festivalının qalibi olan Aydın Süleymanlı ilə görüşüb
ANA SƏHİFƏ / İDMAN
23:04 02.03.2020

Gənclər və İdman naziri Azad Rəhimov "Aeroflot open” beynəlxalq şahmat festivalının qalibi olan 14 yaşlı Aydın Süleymanlı ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, Aydın Süleymanlının atası və şəxsi məşqçisi də iştirak ediblər.
Nazir şahmatçı ilə görüşdə deyib: "Bizim əsas məqsədimiz Azərbaycanı dünyaya şahmat ölkəsi kimi tanıtmaq və dünya şahmat reytinqində ilk onluğa düşməkdir. Moskvada keçirilmiş "Aeroflot open” beynəlxalq şahmat turnirində sənin, 14 yaşlı şahmatçının qələbəsi hər birimizin sevincinə səbəb olmaqla yanaşı, bizə böyük qürur hissi yaşatdı. Biz bundan sonra da sənin inkişafın üçün daim dəstək göstərəcək, səni qoruyacağıq”.

Nazir A.Süleymanlının qələbəsindən sonra artıq iki şirkətin ona sponsorluq etmək arzusunda olduğunu da diqqətə çatdırıb və bundan sonra şahmatçının məşqləri və inkişafı üçün nazirlik və federasiya tərəfindən hər bir dəstəyin göstəriləcəyini bildirib.

Diqqətə görə təşəkkür edən Aydın Süleymanlı turnirdə qələbəsi, oyunun gedişi, rəqibləri və gələcək planları, həmçinin məşqləri haqqında məlumat verib. Şahmatçı Azərbaycan çempionatına da xüsusi hazırlaşdığını və "Aeroflot open” turnirindəki qələbəsini bu yarışda da təkrarlayacağına çalışacağını söyləyib.

Görüşün sonunda nazir Azad Rəhimov və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Aydın Süleymanlıya hədiyyə təqdim ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM