02 Mart 2020 17:08
602
DÜNYA
A- A+

Koronavirus dünyanın 70-ə yaxın ölkəsinə yayılıb


Çində COVİD-19 koronavirusundan ölənlərin sayı 2912 nəfərə çatmışdır. Ölkədə 80026 yoluxma halı qeydə alınmışdır. Bu barədə Dövlət Səhiyyə Komitəsi məlumat vermişdir.

Son bir gün ərzində ölkədə 42 nəfər vəfat etmişdir. 202 yeni yoluxma halı təsdiqlənmişdir. Hazırda 32,6 min nəfər xəstəxanalarda müalicə olunur. Onların 7 min nəfərdən çoxu ağır vəziyyətdədir. 44 min nəfərdən çox adam sağalmışdır.

Dünyada yeni tipli koronavirusa yoluxanların ümumi sayı təxminən 89 min nəfərdir. Çinin materik hissəsindən kənarda ölənlərin sayı 32 nəfər artıb 148 nəfərə çatmışdır. Koronavirusdan 66 nəfər İranda, 34 nəfər İtaliyada, 26 nəfər Cənubi Koreyada, 12 nəfər Yaponiya ərazisində, hərəyə 2 nəfər Honq Konq və Fransada, hərəyə 1 nəfər ABŞ, Böyük Britaniya, Ekvador, Tayvan və Filippində dünyasını dəyişmişdir.

Çindən kənarda ən çox xəstə Cənubi Koreyada qeydə alınmışdır – 4212 nəfər. Koronavirus artıq 70-ə yaxın ölkəyə yayılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video