Alternative content

04:27 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiyanın NHK World telekanalı “Tokio-2020” üçün hazırlanmış Azərbaycan kimonosu barədə süjet yayımlayıb
Yaponiyanın NHK World telekanalı “Tokio-2020” üçün hazırlanmış Azərbaycan kimonosu barədə süjet yayımlayıb
ANA SƏHİFƏ / İDMAN
16:30 02.03.2020

Yaponiyanın NHK World telekanalı "Tokio-2020” Olimpiya və Paralimpiya oyunları üçün hazırlanmış Azərbaycan kimonosu barədə süjet yayımlayıb.

AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycanın coğrafi mövqeyi, zəngin mədəniyyəti, sürətli inkişafı barədə məlumat verilib. Neft və qaz ehtiyatları ilə zəngin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı xüsusi qeyd edilib. Bildirilib ki, "Imagine One World – Kimono Project” layihəsi çərçivəsində "Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının iştirakçı ölkəsi kimi Azərbaycan kimonosu da hazırlanıb. Layihənin iştirakçılarından tanınmış kimono ustası 76 yaşlı dizayner Akehiro Morikava haqqında ətraflı məlumatın verildiyi süjetdə Azərbaycan kimonosu üzərində işin uzun müddət davam etdiyi, ölkəmizin Yaponiyadakı səfirliyi və diaspor fəalları ilə müzakirələr aparıldığı qeyd olunub. Azərbaycanın milli ornamentlərinin əks edildiyi kimononun hazırlanması ilə əlaqədar layihənin nümayəndələri dəfələrlə səfirlikdə olub, müvəqqəti işlər vəkili Fərid Talıbov ilə kimononun layihəsi barədə fikir mübadiləsi aparıblar. Həmin görüşlərdə verilən tövsiyələr əsasında Azərbaycana həsr olunan kimono hazırlanıb. Kimono üçün kəmər – obi isə Kioto şəhərində fəaliyyət göstərən "Shiko Co.Ltd” şirkəti tərəfindən düzəldilib.

Bildirilib ki, layihənin əsas məqsədi yapon mədəniyyətinin ənənələrini bütün dünyaya təqdim etmək, "Tokio-2020” Olimpiya və Paralimpiya oyunlarına qatılacaq ölkələrin Yaponiyada təşviqi, ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsidir. Azərbaycan kimonosunun hazırlanmasının sponsoru isə Osaka şəhərində fəaliyyət göstərən "Sakae Unyu Kogyo Co.Ltd” daşıma şirkətidir.

Süjetdə F.Talıbov bildirib ki, Azərbaycan kimonosu ölkəmizin müasir inkişafı və mədəni ənənələri nəzərə alınaraq hazırlanıb. Kimonoda dövlət bayrağının rəngləri, milli atributlar kimi tanınan nar və buta, Bakının rəmzinə çevrilmiş "Alov qüllələri” əksini tapıb. Kimononun hazırlanmasında əsas məqsəd ölkəmizin zəngin mədəniyyətinin və müasir gözəlliyinin Yaponiyada daha geniş tanıdılmasıdır.

F.Talıbov kimonoda yer almış təsvirlər haqqında ətraflı məlumat verib və kimono layihəsinin üzvlərinə, xüsusən də layihənin dizayneri Akehiro Morikavaya bu cür gözəl sənət əsərinə görə minnətdarlığını bildirib.

Layihənin dizayneri, tanınmış kimono ustası Akehiro Morikava da öz növbəsində layihənin reallaşmasında, Azərbaycan üçün hazırlanmış kimononun milli cəhətlər nəzərə alınaraq hazırlanmasında göstərilən köməyə görə səfirliyə və Azərbaycan diasporunun nümayəndələrinə minnətdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan kimonosu məhz bu əməkdaşlıq və qarşılıqlı anlaşma nəticəsində çox gözəl alınıb.

Süjetdə Azərbaycan kimonosunun hazırda Tokioda yaşayan həmyerlimiz Səidə Hacı tərəfindən təqdim edildiyi kadrlara da geniş yer verilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM