02 Mart 2020 16:17
564
DÜNYA
A- A+

Koronavirus bir ay ərzində Avropada turizmə bir milyard avro zərər vurub


COVID-19 koronavirusu iqtisadiyyatın bir çox sahəsinə, xüsusilə də turizm və onunla bağlı olan xidmət sahələrinə ciddi zərər vurub.

AZƏRTAC xəbər verir ki, koronavirus yayıldığı ilk gündən etibarən Avropada turizm sahəsində dövriyyəyə aylıq bir milyard avro zərər yetirib. Bu məlumatı Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Terri Breton təsdiqləyib.

Virus təhlükəsi ümumilikdə dünya iqtisadiyyatına da mənfi təsirlər göstərir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, beynəlxalq reyslər üzrə ixtisaslaşmış aviaşirkətlər epidemiya ilə əlaqədar hazırkı göstəricilər əsasında bu il təxminən 1,5 milyard ABŞ dolları itirəcəklər.

Aviaşirkətlərlə yanaşı kruiz turizmində də vəziyyət ürəkaçan deyil. Yaponiyanın kruiz səyahətləri üzrə ixtisaslaşmış "Luminous Cruis” şirkəti artıq müflisləşdiyini elan edib. Virus təhlükəsi ümumi dəyəri 46 milyard ABŞ dolları olan və bu sahədə liderlik edən "Carnival”, "Royal Caribbean” və "Norwegian Cruise Line” şirkətlərini çətin vəziyyətə salıb.

Turizm sahəsində dünyanın aparıcı Berlin Beynəlxalq Turizm Birjası (İTB), avtomobil sənayesi üçün böyük nüfuza malik Cenevrə Avtosalonu və digər sərgi və yarmarkaların təxirə salınması ilə uzunmüddətli perspektivdə dəyən iqtisadi zərərin həcmini müəyyən etmək isə mümkün deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video