Alternative content

19:58 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birinci sinfə qəbul qaydaları açıqlanıb
Birinci sinfə qəbul qaydaları açıqlanıb
ANA SƏHİFƏ / Elm və texnika
16:16 02.03.2020

Martın 2-də Təhsil Nazirliyində birinci sinfə şagird qəbuluna həsr olunan mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında birinci sinfə şagird qəbulu və bu prosesdə tətbiq olunan yeniliklərlə bağlı məlumat verilib. Qeyd olunub ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək. Məktəb seçimi isə martın13-dən sentyabrın 15-dək həyata keçiriləcək.

Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, 2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədrisin digər dillərdə aparıldığı bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla).

Məlumat verilib ki, "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tədrisin digər dildə aparıldığı məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir. Tədrisin digər dildə aparıldığı məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların müsahibələrinə fevralın 24 -dən start verilib və martın 3-də yekunlaşacaq.

Məktəbəhazırlıq qruplarına cəlb olunmamış digər dildə təhsil almaq istəyən uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Bu müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq. Uşaqları müsahibədən uğurla keçən valideynlər mayın 1-dən etibarən məktəb seçiminə başlaya bilərlər.

Bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir.

Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn martın 10-dan 13-dək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir.

Diqqətə çatdırılıb ki, I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apellyasiya komissiyalarına müraciət edə bilərlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM