Alternative content

07:54 06 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:09 06.06.2020 Nakam ömürlü şair…
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rotterdamda Qarabağ İdman Klubunun ofisinin açılışı olub
Rotterdamda Qarabağ İdman Klubunun ofisinin açılışı olub
ANA SƏHİFƏ / İDMAN
09:55 02.03.2020
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Qarabağ İdman Klubunun ofisinin əsaslı təmirdən sonra rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov Qarabağ adının Avropada bu cür yüksək təbliğ olunmasının hər bir azərbaycanlı üçün qürurverici olduğunu bildirib.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri və Qarabağ İdman Klubunun rəhbəri Elsevər Məmmədov qeyd edib ki, Rotterdam şəhərinin mərkəzində Qarabağ adının bu səviyyədə təbliği və təşviqi müsbət addımdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aytən Tarverdiyeva dövlətimizin hər zaman soydaşlarımıza dəstək olacağını deyib. Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov diqqətə çatdırıb ki, BAK Avropada hər zaman Azərbaycanı layiqincə təbliğ edir. Qarabağ problemini hər fürsətdə gündəmdə saxlamağa çalışır.

BAK-ın sədr müavini Sima Cəfərova yeni yaradılmış "Körpə fidanlar musiqili uşaq teatr qrupu”, "Rotterdam həftə sonu məktəbinin” rəhbəri Zərifə Süleymanova isə məktəb haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

Niderland və Belçika Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Agamirzəyeva və şuranın digər üzvləri BAK-ın fəaliyyətini yüksək qiymətləndiriblər və gələcəkdə birgə həyata keçirəcəkləri layihələrdən danışıblar.

Azərbaycan-Türk Kültür dərnəyinin sədri İlhan Aşkın Qarabağ İdman Klubunun açılması sevincini bölüşərək, dərnəyin Kluba hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Tədbir "Rotterdam həftə sonu məktəbinin” şagirdləri və "Körpə Fidanlar musiqili uşaq teatrının” üzvlərinin hazırladığı musiqili proqramla davam edib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM