01 Mart 2020 20:19
512
SİYASƏT
A- A+

Operativ qərargah: Martın 4-də vətəndaşlarımızın İrandan Azərbaycana qayıtması təmin olunacaq

 

Fevralın 29-da İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu məqsədlə martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilir.

Qeyd olunur ki, Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı səfirliyi və Təbrizdəki baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

İrandan təxliyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcəklər.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib.
Azərbaycan Respublikası ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin ünvanı:

Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

Telefon: (+98 910) 559 56 10 (+9821) 22 55 82 99 (+9821) 22 55 42 55

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunun ünvanı:

Təbriz şəhəri, Vəliəsr, Arif küçəsi 9

Telefon: (+98 902) 095 13 83

(+98413) 333 48 02/04

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video