01 Mart 2020 19:58
478
SİYASƏT
A- A+

Perunun rəsmi “El Peruano” qəzetində “Xocalı soyqırımı” sərlövhəli məqalə dərc edilib

 

Perunun rəsmi "El Peruano” qəzetində "Xocalı soyqırımı” (El Genocidio de Jodyalí) sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı cinayətdən, Ermənistanın ölkəmizə qarşı təcavüzündən, işğal olunmuş ərazilərdə həmvətənlərimizə qarşı həyata keçirilmiş etnik təmizləmədən bəhs edilir.

Qeyd edilir ki, həmin qanlı gecə vaxtı yeni tarixin ən dəhşətli hadisəsi baş verib, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı aktı törədilib. Uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, yüzlərlə dinc mülki əhali kütləvi şəkildə amansızcasına qətlə yetirilib.

Məqalədə Ermənistanın işğal etdiyi torpaqlardan qovulan bir milyon azərbaycanlının bu günə qədər doğma torpaqlarına dönəcəklərini həsrətlə gözlədikləri vurğulanır.
Xocalı soyqırımının dünyanın bir çox ölkələri, o cümlədən Peru, Meksika, Kolumbiya, Honduras, Qvatemala və beynəlxalq təşkilatlar tərəfindən tanınması, bununla əlaqədar çoxsaylı qətnamələrin qəbul edildiyi qeyd olunur.

Bu vəhşiliklərin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olduğu bildirilir. Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi vurğulanır, Xocalı soyqırımının günahkarlarının nə üçün cəzalandırılmadığı barədə sual verilir.

"Xocalıya ədalət!" təbliğat kampaniyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında və Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığı diqqətə çatdırılır.

Azərbaycan xalqının Xocalı şəhidlərinin xatirəsini hər zaman ehtiramla yad edəcəyi və ölkənin ərazi bütövlüyü bərpa olunana qədər haqlı mübarizəsini davam etdirəcəyi qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video