Alternative content

04:24 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xəzərlə Adriatik dənizi birləşir
Xəzərlə Adriatik dənizi birləşir
ANA SƏHİFƏ / SİYASƏT
01:02 01.03.2020


Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü ilə reallığa çevrilən əsrin layihəsi - "Cənub qaz dəhlizi” bu ilin sonunda tam olaraq fəaliyyətə başlayacaq


"Cənub qaz dəhlizi”

- 2014-cü ilin sentyabrın 20-də Bakıda təməli qoyulub;

- 2018-ci ilin mayın 29-da rəsmi açılış mərasimi keçirilib;

- Ümumi dəyəri 40 milyard dollardır;

- 4 hissədən (Şahdəniz-2, CQBK, TANAP və TAP) ibarət layihədir;

- Layihədə 7 hökumət, 11 şirkət iştirak edir;

- Ümumi uzunluğu 3500 kilometrdir;

- TANAP - 1850 km, TAP - 878 km, CQBK - 691 km;

- İlkin mərhələdə Türkiyəyə 6, Avropaya 10 milyard kubmetr qaz nəql ediləcək;

- Azərbaycan karbohidrogen satışından 30-50 milyard dollar gəlir əldə edəcək.


Daha bir möhtəşəm uğurun astanasında...


14 il öncə tarixdə ilk dəfə olaraq Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə 3 dənizi - Xəzər, Qara dəniz və Aralıq dənizini birləşdirən Azərbaycan indi növbəti möhtəşəm uğurun astanasındadır. 2014-cü ildə Bakıda təməli qoyulan "Cənub qaz dəhlizi” layihəsi 6 ildən sonra - 2020-ci ilin sonunda tam hazır olacaq. Çünki beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası hələ davam edir. Layihənin 92 faizi tamamlanıb.

TAP-ın inşası başa çatdıqdan sonra Xəzər dənizi ilə Adriatik dənizi, yəni Bakı ilə Roma birləşəcək. Yeni hədəfinin astanasında olan Azərbaycan bu boru kəmərləri zənciri ilə təbii qazını Türkiyəyə, qardaş ölkədən isə Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək.

"Cənub qaz dəhlizi” elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilsin.

Prezident İlham Əliyevin XXI əsrin layihəsi adlandırdığı bu kəmər sistemi Avropanın enerji xəritəsini dəyişəcək köhnə qitədə ən böyük infrastruktur layihəsi hesab olunur.

Ümumiyyətlə, "Cənub qaz dəhlizi”ni əlahiddə bir layihə kimi deyil, bu günə qədər energetika sahəsində Azərbaycanın həyata keçirdiyi böyük strategiyanın davamı kimi dəyərləndirmək lazımdır. Bu layihədən öncə "Bakı-Tbilisi-Ceyhan” strateji xətti irəli sürülüb və məhz bu boru vasitəsilə Xəzər dənizinin karbohidrogen ehtiyatları dünyaya açılıb. Bu nöqteyi-nəzərdən "Cənub qaz dəhlizi” "Bakı-Tbilisi-Ceyhan” layihəsinin davamı kimi qiymətləndirilir.

Burada daha vacib məqam layihənin beynəlxalq əhəmiyyətidir. İndiki reallıqlar şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinin vacib şərti olan mənbələrin şaxələndirilməsi istiqamətində "Cənub qaz dəhlizi” hələlik yeganə etibarlı layihədir. Məhz bu layihə vasitəsilə şaxələndirmə istiqamətində Avropa ciddi addımlar atır.

Nəhayət, sözügedən məsələyə kommersiya baxımından yanaşsaq, bir neçə ildən sonra Azərbaycan "Cənub qaz dəhlizi” layihəsindən böyük iqtisadi dividentlər qazanacaq.


Dayanıqlı, uğurlu və çiçəklənən inkişafın təminatı


Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında çıxış edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, bu ilin sonuna kimi "Cənub qaz dəhlizi” layihəsinin açılışı olacaq.

Azərbaycanın son 30 ildə keçdiyi yola nəzər yetirən dövlət başçısı həyata keçirilən neft-qaz layihələrindən söz açıb: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Azəri-Çıraq-Günəşli”, "Şahdəniz”, digər kəşfiyyat və hasilat layihələri, "Cənub qaz dəhlizi”, mən həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini də buraya əlavə edərdim, onların hər biri strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu və əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir”.

Prezident onu da vurğuladı ki, Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Enerji resurslarının şaxələndirilməsi ən vacib məsələlərdən biridir. Burada, əlbəttə, mənbələrin şaxələndirilməsi ən vacib məsələdir: "Bizim nümunəmizdə isə mənbələrin və marşrutların şaxələndirilməsindən söhbət gedir. Həmçinin düşünürəm ki, bizim uğurumuzun əsas səbəblərindən biri maraqların balansıdır - hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı balans. Əminəm ki, aramızdakı bu müsbət əməkdaşlıq formatı davam edəcək”.


"Cənub qaz dəhlizi” Avropa İttifaqı üçün nailiyyətdir


Azərbaycanın neft-qaz ehtiyatlarının hasilatı və ixracı sahəsində görülən işləri xatırladan cənab İlham Əliyev Azərbaycanın etibarlı tranzit ölkəyə çevrildiyini, neftdən gələn gəlirlərin ölkənin inkişafına xərcləndiyini, indiyə qədər bir çox infrastruktur layihələrin icra edildiyini və bu istiqamətdə işlərin davam etdiyini söylədi.

Məşvərət Şurasının son illərdə səylərin gücləndirilməsinə və "Cənub qaz dəhlizi”nin reallaşmasına mühüm töhfə verdiyini vurğulayan dövlət başçısı bildirdi ki, layihəyə üzv ölkələrin tərkibi ümumi məqsədləri birləşdirir. Prezident layihənin keçdiyi tarixi yola nəzər salaraq dedi ki, bu layihə əsasında əməkdaşlığın nadir formatı yaradılıb. Bu layihə Azərbaycanın təşəbbüsü olub və qonşular tərəfindən dəstəklənib.

Avropa Komissiyasının nümayəndəsi Klaus-Diter Borxardt isə "Cənub qaz dəhlizi”nin Avropa İttifaqı üçün nailiyyət olduğunu deyərək bu layihənin Avropanın enerji təhlükəsizliyini gücləndirdiyini söylədi: "Avropa

İttifaqı üçün əlbəttə ki, bu layihə həyati əhəmiyyət kəsb edir. Çünki bu, bizim enerji təhlükəsizliyimizi gücləndirir, həmçinin bizim şaxələndirmə strategiyamızın bir hissəsidir, yeni mənbədir və eləcə də daha mühüm olan Avropa bazarına yeni marşrutdur. Burada mən bütün bu illər ərzində bu layihələrə göstərdiyi idarəçiliyə və rəhbərliyə görə Prezident Əliyevə və onun hökumətinə təşəkkürümü bildirmək istərdim”.


Bu layihə ABŞ-Azərbaycan əməkdaşlığının zirvəsidir


Prezident İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli ilə görüşdə layihənin icrasında göstərdiyi dəstəyə görə ABŞ hökumətinə minnətdarlığını bildirdi:

"Bu mühüm layihənin icrasında göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir. Onun fəal təmasları və iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu. Hazırda biz heç bir başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam edəcək, çünki ABŞ hökuməti bizim istər neft və qaz kəmərləri, istərsə də enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman çox dəstəkləyib”.

Kurt Donelli isə "Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən plenar sessiyada qeyd edib ki, ABŞ Azərbaycanın enerji siyasətinə güclü və davamlı dəstək göstərir. Azərbaycan-ABŞ münasibətlərində enerji sektoru həmişə strateji əhəmiyyət daşıyıb. Birləşmiş Ştatlar Azərbaycanın enerji ilə bağlı bütün təşəbbüslərində qətiyyətli tərəfdaş olub: "ABŞ "Cənub qaz dəhlizi”nin uğurla yekun fazaya daxil olmasına yüksək və davamlı dəstək nümayiş etdirir. "Cənub qaz dəhlizi” enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının zirvəsidir”.


Dünya əhəmiyyətli tarixi layihə


Bir sözlə, qətiyyətli siyasəti, prinsipial mövqeyi ilə tanınan cənab İlham Əliyev uğurları sırasına birini də əlavə edir. Bu layihənin hansı formada ərsəyə gəlməsi bəllidir. Yalnız güclü siyasi iradə nəticəsində bu beynəlxalq layihə gerçəkliyə çevrilib.

İlin sonunda daha bir dünya əhəmiyyətli tarixi layihə həyata vəsiqə alacaq. Layihənin işə düşməsi ilə regiona və tərəfdaş ölkələrin həyatına yeni bir nəfəs gələcək.

Ümumiyyətlə, "Cənub qaz dəhlizi” Azərbaycan Prezidentinin söylədiyi kimi, enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Layihənin elə önəmi də bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılır. Bu dəhliz həm yeni yollar, həm də yeni mənbədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM