01 Mart 2020 00:41
612
İQTİSADİYYAT
A- A+

“Cənnətin bir güşəsi”nə səfər


Beynəlxalq turizm təşkilatı olan PATA-nın Asiya və Sakit Okean regionu üzrə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları yaratması üzv dövlətlərin turizminin inkişafına dəstək vermək məqsədini daşıyır.

Dünya üzrə 95 dövlət təşkilatı, 27 beynəlxalq hava yolu, liman, yüzlərlə turizm şirkəti daxil olmaqla, ümumilikdə 800-dən çox üzvə malik olan bu qurum 1951-ci ildən fəaliyyət göstərərək beynəlxalq turizm platforması rolunu oynayır.

Dövlət Turizm Agentliyinin Asiya-Sakit Okean Turizm Assosiasiyasına üzv qəbul edilməsi sevindirici haldır. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib: "Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə etdiyimiz Asiya-Sakit okean bölgəsi bizim üçün əsas bazarlardan biridir. Əlbəttə, bölgənin turizm sektorundakı dövlət və özəl qurumlarla əməkdaşlıq edərək, eləcə də turizm sənayesi nümayəndələri üçün təlimlər keçməklə, Azərbaycan ilə bu region arasında turizm sahəsində əlaqələrin gücləndirilməsinə yönəlmiş digər potensialın yaradılması ilə məşğul olmaqla bu artıma dəstək və töhfə vermək istəyirik”.

Ümumiyyətlə, Azərbaycan beynəlxalq turizm əlaqələrini genişləndirməklə həm özünün, həm də xarici ölkələrin bu sahədəki potensialını təbliğ etməkdədir. Azərbaycanla Yunanıstanın turizm mütəxəssislərinin əməkdaşlıqla bağlı müzakirələr aparması da bu məqsədi daşıyır. Yunan Turistlər və Səyahət Agentlikləri Birliyi Federasiyası Azərbaycanın turizm məkanlarının onlayn olaraq tanıdılmasını həyata keçirəcək.

Bu barədə FedHATTA-nın prezidenti Lisandros Tsilidis Azərbaycanın turizm sahəsinin nümayəndələri ilə görüşündə məlumat verib. Onun sözlərinə görə, hava səyahətinin yaxşılaşdırılması hər iki ölkədə qarşılıqlı turist axınına təsir edəcək.

Görüşdə iki ölkənin turizm mütəxəssislərinin əməkdaşlığı ilə bağlı uyğun istiqamətlərin tapılması yolları müzakirə olunub.

Azərbaycanın beynəlxalq turizm əlaqələri genişləndikcə dünyanın möcüzələrlə dolu bir kainat olmasının şahidinə çevriləcəyik. Belə ki, dünya üzərində hələ də tam olaraq tanıdılmayan əfsanəvi gözəllikləri gözlərimizə köçürmək imkanı qazanacağıq. Məsələn, maraqlı tarixi, rəsm sənətini xatırladan, mənzərəsi ilə göz oxşayan, sirlər adası adlandırılan, bir vaxtlar Braziliyanın ən təhlükəli cinayətkarlarının həbsxanası kimi nəzərdə tutulmuş, zümrüd suyu, vəhşi təbiəti, ağ qumlu çimərlikləri ilə məşhur Fernandu-di-Noronya arxipelağının 21 adasını da görmək nəsib olacaq. Bu, həmin adalardır ki, 1988-ci ildə milli dəniz parkı və qoruq kimi elan edilib. Mühafizəni təmin etməkdən ötrü gündə yalnız 420 ziyarətçinin bura gəlməsinə icazə verilib. Hazırda bu vulkanik mənşəli adalardan ibarət olan arxipelağa turistlərin axını çox olsa da, əvvəllər belə deyildi.

Atlantik okeanın bu gözoxşayan adası turistlərin çoxluq təşkil etdiyi yerlərdən biri kimi tanınır. Turistlər burada su idman növləri ilə məşğul olmaqla yanaşı, adanın təravətli havasında gəzintiyə çıxa, günəşin dəniz suları ilə əsrarəngiz vəhdətinin seyrindən həzz ala bilərlər. Yolu buradan düşənlər adaları "cənnətin bir güşəsi” də adlandırırlar.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video