01 Mart 2020 00:40
1427
İQTİSADİYYAT
A- A+

Göygöl qışda da diqqətçəkəndir


Respublikamızın dağlıq və dağətəyi rayonlarından olan Göygöldə də qışın bu vədəsində yerli və xarici turistlərə rast gəlmək mümkündür. Hazırda rayonun elə bir kəndi yoxdur ki, qış turizmi ilə əlaqədar orada istirahət edən olmasın.

Turistlər ən çox Göygölə yaxın ərazilərdə yerləşən kəndlərdə istirahətə üstünlük verirlər. Aşıqlı, Yeni Zod, Toğanalı, Topalhəsənli, Üçbulaq, Mixaylovka, Şəhriyar və sair kəndlərdə turistlər çox asanlıqla Göygöl Milli Parkına səyahətə çıxır, istirahətlərini qarlı ərazilərdə keçirirlər.

Rayonda ən çox turist qəbul edən kəndlərdən biri də Gəncədən cəmi 10 kilometr məsafədə yerləşən Aşıqlıdır. Bu yaşayış məntəqəsində turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Yeni çəkilmiş müasir yol çox rahatdır. Yazda-yayda bu dağlarda bitən dərman bitkilərinin, müxtəlif meyvələrin, eləcə də kənd məhsullarının satışı turistlər tərəfindən məmnunluqla qarşılanır. 2350 nəfər sakini olan bu kənddə 400-dən çox ev var. Kənd Hacıkənd və Göygölə gedən yolun üstündə olduğundan turistlər burada qalmağa daha çox üstünlük verirlər. Odur ki, kənd sakinləri ilk növbədə turistlər üçün əlverişli şərait yaratmaq istəyirlər. Onlar çalışırlar ki, bu yolla daha çox qazanc əldə edə bilsinlər.

Aşıqlı kəndinin sakini Lamiyyə Əliyeva deyir ki, turistlərin qəbulu üçün böyük imkanları var. Həyətində iki ev inşa etdirib və bu evlərdə yaradılan şərait imkan verir ki, eyni vaxtda 20 nəfərədək turisti qəbul etsinlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video