Alternative content

20:05 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanı göstərən “sehrli güzgü”
Dünyanı göstərən “sehrli güzgü”
ANA SƏHİFƏ / Elm və texnika
00:33 01.03.2020


Uşaqlıqda dinlədiyimiz nağıllarda sehrli güzgü haqda eşitmişdik. Hələ qədim zamanlardan insanlar surəti əks etdirən səthlərə heyranlıq duyur, onların müəyyən fövqəlgücləri olduğunu düşünürdülər.

Yəqin məhz bu düşüncədən, yaxud sadəcə xəyal etdikləri üçün sehrli, danışan güzgü haqda nağıllar, hekayələr qururdular. Amma o vaxt heç inanmazdılar ki, bu xəyal nə vaxtsa gerçək olacaq, insanlar evlərində oturub "sehrli güzgü”, "danışan qutu” vasitəsilə dünyanı görə, izləyə biləcəklər.

Bu dəfə dünyanın düzənini dəyişən, bəşəriyyətin ən böyük, mühüm kəşflərindən biri olan televizorun yaranmasından söhbət açacağıq.

Televizor yunanca "tele” (uzaq) və latınca "visio” (gör) sözlərinin birləşməsindən əmələ gəlib, "uzaqdan görmək” anlamını daşıyır. İlk televiziya sistemləri mexaniki idi və yalnız təsviri göstərirdi. Lakin alman mühəndisi Paul Nibkov təsvirin məsafəyə ötürülməsi ideyasının mümkünlüyünü nəzəri olaraq irəli sürdü və 1866-cı ildə ideyasını patentləşdirdi.

1873-cü ildə V.Smit tərəfindən icad edilən fotoeffekt televiziyanın kəşfi yolunda növbəti uğurlu addım oldu. Bu kəşfdən ruhlanan Nibkov ideyasını gerçəyə çevirmək üçün daha bir addım atdı. O, 1884-cü ildə skanlaşdırılan diski ixtira etdi. Əksər mənbələrdə elektron televizor patentinin Boris Rozinqə məxsus olduğu qeyd olunur. İlk hərəkətsiz təsvir yayımı 1911-ci ildə bu alimin adı ilə bağlansa da, əsas ixtiraçı kimi şotland mühəndis Con Logi Berd göstərilir.


Tikiş iynəsi, velosiped lampası, konserv qutusu


13 avqust 1898-ci ildə Şotlandiyanın Helensburq şəhərində anadan olan və burada böyüyən Con Logi Berd uşaqlıqdan elektriklə maraqlanırdı. Hələ uşaq ikən evinin arxa bağçasında neftlə işləyən generatordan əldə edilən elektriklə bütün evi işıqlandırmışdı. Bu, şəhərdə axşamlar işığı yanan tək ev idi. 12 yaşında olarkən isə gələcək ixtiraçı evdə balaca bir "telefon stansiyası” yaradaraq çöldəki dostlarıyla telefonla danışa bilirdi. Berd gənclik yaşına çatanda televiziya ilə bağlı aparılan araşdırmalardan xəbərdar idi və gecə-gündüz bu sahədə çalışırdı.

Böyüyəndən sonra o, Klayd vadisindəki elektrik şirkətində iş tapdı. Burada bir müddət çalışsa da, sağlamlıq problemləri səbəbiylə işdən ayrılmaq məcburiyyətində qaldı. Bir neçə kiçik işdə çalışdıqdan sonra 1922-ci ildə vətəninə geri dönərək təmirçiliyə başladı. Burada qarışıqlıqdan uzaq bir mühitdə özü ilə baş-başa qalaraq, xəyalını qurduğu görünüş və səsi elektronik şəkildə daşıma fikri üzərində işə başladı.

Berdin növbəti fantaziyası ilk televizorun gerçək simasını müəyyən edir. İlk əvvəl sadə bir tikiş iynəsi, velosiped lampası və bir konserv qutusu ilə nəsə etməyə çalışan Berd insanlara xülya kimi görünən bu fikir üzərində getdikcə artan həyəcanla işləməyə davam edir. Əlindəki az imkanlarla çox şey bacara bilməyəcəyini anladıqda isə texnoloji imkanlara daha rahat çata biləcəyi Londonun Soho bölgəsinə köçür və bir laboratoriya qurur.

Burada ilk olaraq bir çay qutusu üzərinə yerləşdirdiyi, tikiş iynəsi, kəsilən karton və biskvit qutusundan ibarət olan qurğusunu işlətməyi bacarır və yandakı sifət görünüşünü meydana gətirir. 1925-ci ildə o, bəşəriyyətə yeni bir düzən gətirəcək cihazı nəhayət ki, kəşf edə bilir: Biskvit qutusu və kartondan ibarət qutunu tikiş iynəsi ilə "tikib”, içərisinə avadanlığını yerləşdirir və uzaq məsafəyə ötürülən sifət görünüşünü "tutmağı” bacarır.

Gənc ixtiraçı 1925-ci il iyunun 25-də bu kəşfini patentləşdirir.

Berdin müvəffəqiyyəti qısa müddətdə böyük maraqla qarşılanır və "Televisor” adını verdiyi icadını ilk dəfə 26 yanvar 1928-ci ildə Krallıq İnstitutuna tanıdır. Bundan bir il sonra o, ilk görünüş yayımını reallaşdırmağı bacarır. Nəticədə, 1929-cu ildə ilk televiziya stansiyasını qurur və o dövr radio yayımı ilə məşğul olan BBC ilə razılaşaraq, televiziya verilişləri hazırlamağa başlayır. İlk mərhələdə məhdud sahədə yayımlanan BBC 1930-cu ildə Amerikada, habelə İngiltərədə rəsmi şəkildə yayıma başlayır. Tezliklə televiziya bütün dünyaya yayılır. Londonda 20 mini əhatə edən yayımın hesabına Con Logi Berd karyerasının zirvəsinə çatır. O, 14 iyun 1946-cı ildə vəfat edir.


İlk pultlu televizor


Dünyada ilk televizor 3 iyul 1928-ci ildə ABŞ-da satışa çıxarılıb. Bu televizorun qiyməti 75 dollar idi və iki adi işçinin orta əmək haqqına bərabər idi.

Lakin bu televizor tamamilə mexaniki bir sistemlə işləyirdi. Televizorların elektromaqnetik sisteminin dəyişdirilərək indiki vaxtda istifadə etdiyimiz balonlu televizor halına gəlməsi isə Filo Teylor Farnsvorzun adı ilə bağlıdır.

Hazırda balonlu televizorların hamısı "CRT” adlandırılan bir texnologiyaya malikdir. Ekranda görüntü yaradan bu sistem yüz minlərlə lampanın bir araya gətirilməsi deməkdir. CRT ekranların səthi yüz minlərlə kiçik nöqtədən meydana gəlib. Bunlara "piksel” deyilir. Piksellərin hər biri ayrı şəkildə işıqlandırıldığı və fərqli rəng meydana gətirə bildiyi üçün onların müəyyən bir nizamda yanması görüntünü əmələ gətirir.

1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira edir. 1937-ci ildə televizorun inkişaf prosesinə ingilislər də qoşulur. Onlar elektron-şüa borulu televizor yaradırlar. 1939-cu ildə ABŞ mühəndisləri A.Roze və X.Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edilir.

1940-cı ildən başlayaraq rəngli televizor layihəsi üzərində işlər sürətlə davam etdirildi. Bundan təxminən 10 il sonra ABŞ-da ilk rəngli televizor satışa çıxarıldı. Artıq 50-ci illərin sonlarında 10 amerikalıdan 9-u televizora baxmaq imkanına sahib idi. Azərbaycanda isə ilk televiziya verilişi 1956-cı il fevralın 14-də efirə çıxdı.

Televizorun kanallarını kənardan dəyişməyə imkan verən "pultu” isə 1955-ci ildə ABŞ alimi Euqen Polley kəşf edib. Onun düzəltdiyi ilk avadanlıq televizora gözlə görünən işıq vasitəsilə əmrlər verirdi. Buna görə də evdə işıq yananda televizor işləyə bilmirdi. 1980-ci illərdə isə həmin pultlar ultrasəs dalğaları ilə işləməyə başladı.


Dünyanın ən böyük televizoru


Qeyd edək ki, ABŞ-ın "Dallas Cowboys” klubunun stadionunda yerləşdirilən dördekranlı televizor dünyanın ən böyük televizoru kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb. "Mitsubishi Electronic” şirkəti tərəfindən layihələndirilərək istehsal olunan və stadionun ən yüksək yerindən asılmış bu televizorun çəkisi 600 ton, ekranın ümumi sahəsi 1058 kvadratmetrdir.

Təbii ki, zaman dəyişdikcə, texnika və texnologiya inkişaf etdikcə televizor sahəsində də xeyli yeniliklər baş verdi. Belə ki, əvvəllər ağ-qara televizorlar ilə kifayətlənməli olurduqsa, indiki dövrümüzdə günümüzu müasir televizorlarsız təsəvvür etmək çətindir. Bu cihazlar da dünya inkişaf etdikcə müasirləşdi. Zamanla yekə televizorlar nazik plazma və LCD, sonra LED ekranla əvəz edildi. Müasir televizorların da funksiyaları gündən-günə təkmilləşir. Artıq müasir Smart televizorlar klaviatura, siçan, "magic motion” pultu, səs və hətta jest ilə idarə edilmə funksiyasına malikdir. 3D funksiyası isə görüntünün izləyiciyə fəzada uçölçülü şəkildə çatdırılmasına imkan yaradır.

Ancaq şirkətlər bunlarla da kifayətlənmir, daha maraqlı xidmətlərin göstərilməsi üçün daim yeniliklər edir. Məsələn, 2018-ci ildə "LG” şirkəti dünyada ilk olaraq ekranı adi qəzet kimi bükülən televizoru təqdim etdi. Rəsmi təqdimatda bildirildi ki, televizor lazım olmayanda və ya onu harasa aparmaq istəyəndə asanlıqla büküb əl çantasına qoymaq olar. Yenilik satış üçün nəzərdə tutulmasa da, konsept olaraq gələcəkdə belə televizor istehsalına işarədir.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM