Alternative content

19:37 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şaxtaçının bağından Roma dövrünə aid mozaikalar tapıldı
Şaxtaçının bağından Roma dövrünə aid mozaikalar tapıldı
ANA SƏHİFƏ / Elm və texnika
00:32 01.03.2020


Türkiyənin Zonquldak bölgəsinin Kadıoğlu kəndində yaşayan 75 yaşlı təqaüdçü Nizaməddin Oral 12 il əvvəl bağçasında Roma dövrünə aid yaşayış məskəni tapmışdı.

İxtisasca şaxtaçı olan N.Oral 2008-ci ilin iyun ayında bağındakı istixananın özülünü möhkəmləndirmək üçün qazıntı işləri aparan zaman torpağın altında tarixi mozaikalar tapır. Bu barədə lazımi orqanlara məlumat verir. Elə həmin ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Ereğli Muzey Müdirliyi tərəfindən bağda arxeoloji qazıntılara start verilir. 8 il davam edən qazıntı işləri nəticəsində həndəsi naxışlı, müxtəlif heyvan mübarizələrini, ov səhnələrini, erosların rəqsini, bir kişinin qadını bıçaqladığını əks etdirən tarixi mozaikalarla zəngin 3 otaqlı ferma aşkarlanır. Bu yaşayış sahəsinin eramızdan əvvəl 250-260-cı illər Roma dövrünə aid olduğu müəyyən edilir.

N.Oralın 3 mərtəbəli evi və 2160 kvadratmetrlik ərazisi müsadirə edilir, qazıntı işlərinin aparıldığı sahə isə 2016-cı ildə torpaqla örtülür, divarların üzərinə örtüklər salınır.

Dörd ildir buranı mühafizəçi kimi qoruyan Nizaməddin bəy qədim yaşayış məskəninin muzeyə çevrilərək turizm obyekti kimi fəaliyyət göstərməsini arzulayır: "Bu qədim yer 2008-ci ildə tapıldı. Dövlətimizə bildirdik və dərhal iş başladı. Uzun müddət burada işlədilər, sonra bağlayıb getdilər. Artıq örtüklər köhnəlib, divarlar çökür, heyvanlar buranı otlağa çevirib. Ereğli Muzey Müdirliyinə məlumat verdim. Gəlib baxdılar, amma yenə heç bir xəbər yoxdur. Buranın açıldığını, açıq səma altında muzey kimi fəaliyyət göstərdiyini görə bilsəm, çox şad olaram. Bura çoxlu turistlər gələcək, nəticədə ölkəm faydalanacaq”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM