Alternative content

05:23 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Voleybol üçün daha bir gün” devizi altında festival təşkil olunub
Bakıda “Voleybol üçün daha bir gün” devizi altında festival təşkil olunub
ANA SƏHİFƏ / İDMAN
00:29 01.03.2020


Avropa Voleybol Konfederasiyası (CEV) dörd ildən bir təsadüf etdiyimiz fevralın 29-da "Voleybol üçün daha bir gün” devizi altında festival təşkil edir. Azərbaycan Voleybol Federasiyası (AVF) da bu gün münasibətilə festival keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan festivalda əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək voleybol günü münasibətilə təbriklərini çatdırıb. Voleybolun ölkəmizdə populyar idman növü olduğunu və sürətlə inkişaf etdiyini vurğulayan nazir müavini deyib: "Əminəm ki, bu yüksəliş davam edəcək. Dövlət başçısı İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda voleybolun inkişafı üçün hər cür şərait yaradılıb. Nəinki paytaxt Bakıda, regionlarda da böyük idman tədbirləri keçirilir. Hər il dünyanın 60-dək ən möhtəşəm idman tədbiri Azərbaycanda təşkil olunur. Prezident İlham Əliyevin idmana yüksək diqqət və qayğısı nəticəsində ali idman qurumları irimiqyaslı tədbirlərin təşkilini ölkəmizə həvalə edirlər”.

Fevralın 29-nun Azərbaycan voleybolu üçün xüsusi gün olduğunu söyləyən AVF-nin birinci vitse-prezidenti Faiq Qarayev ölkəmizdə idmanın bu növünün böyük tarixə malik olduğunu vurğulayıb: "Bizim böyük idmançılarımız olublar. Həyatda olmayanlara Allahdan rəhmət diləyirik. Voleybolumuzun bu yerə çatmasında onların böyük rolu var. Bu gün bütün insanlar çalışırlar ki, voleybol daha yüksək yerlərə qalxsın. Federasiyanın prezidenti adından hər kəsə təşəkkür edirəm, voleybolu sevənlərə, xalqımıza cansağlığı arzulayıram”.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Şəfaqət Alışanova bu bayramın ölkəmizdə qeyd olunmasına sevindiyini bildirib, voleybolçular adından dövlət başçısı İlham Əliyevə, AVF-nin prezidenti Cavid Qurbanova təşəkkürünü bildirib. O, Azərbaycan voleybolunu dünyada tanıdan, hamıya sevdirən Faiq Qarayevə də minnətdarlıq edib.

Daha sonra konsert proqramı olub.

Proqram başa çatdıqdan sonra istedadlı voleybolçuların seçimi olub.

Qeyd edək ki, Avropada bu gün ilk dəfə 2016-cı ildə qeyd edilib. Həmin gün CEV-nin tərkibində olan federasiyalar müxtəlif tədbirlər, peşəkar, həvəskar voleybolçular üçün matçlar keçiriblər. Ən maraqlısı isə odur ki, keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM