29 Fevral 2020 21:01
468
SİYASƏT
A- A+

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada aksiya keçirilib

 

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi (Azer-DER) fevralın 29-da Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Ştefansplats meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.

Küçədə qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. İştirakçılar üzərində "Xocalıya ədalət!” yazılmış böyük ölçülü şüarla meydandan keçən insanların diqqətini aksiyaya yönəldiblər, eləcə də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış informasiya materiallarını və almanca hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar.

Dərnəyin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylər barədə danışıblar. Onlar Xocalı faciəsinin tarixi ilə maraqlanan Vyana sakinlərinə informasiya vərəqələri ilə yanaşı, matəmin rəmzi olaraq qərənfillər paylayıblar.
Tədbirin sonunda təşkilatın rəhbəri Yadım Günəş çıxış edərək Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının Ermənistan silahlı birləşmələri tərəfindən törədildiyini, dünya ictimaiyyətinin bu faciəyə obyektiv hüquqi qiymət verməli olduğunu bildirib.

Sonra Xocalı faciəsi barədə bəyanat səsləndirilib. Bəyanatda soyqırımı haqqında məlumat verilib, indiyədək dünyanın bir sıra ölkələri tərəfindən Xocalı soyqırımının tanındığı qeyd edilib. Bəyanatın yekununda Avstriya parlamenti Xocalı soyqırımı ilə bağlı öz mövqeyini bildirməyə və bu bəşəri cinayəti pisləməyə çağırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video