29 Fevral 2020 20:51
488
SİYASƏT
A- A+

Niderlanddakı diaspor nümayəndələrimizdən ermənilərə layiqli cavab

 

Niderlandın Haaqa şəhərində erməni əsilli bir qrup şəxs Azərbaycanın səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Ancaq onlar Niderlanddakı diasporumuzun nümayəndələri tərəfindən layiqli cavablarını alıblar.

AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Media Qrupu, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurası, Niderlandda təhsil alan tələbələr və digər soydaşlarımız 10 metr uzunluğunda Azərbaycan bayrağını ermənilərin gözü qarşısında ucaldıblar. Soydaşlarımız səsgücləndirici vasitəsilə Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə çaşaraq söylədiyi "Dağlıq Qarabağ ərazisi Azərbaycana aiddir” sözlərinin səs yazısını nümayiş etdiriblər. Bu, erməniləri sarsıdıb. Onlar saxta fikirlər yazılmış plakatları yerə ataraq səfirliyin ərazisindən uzaqlaşıblar.
Mitinqin təşkilatçısı, Avropa Azərbaycanlıları Media Qrupunun sədri, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev bildirib ki, ermənilər yenə belə cəhdlər etsələr, hər dəfə onlara qarşı bu cür cavab aksiyaları təşkil ediləcək. Ermənilər bilməlidirlər ki, Niderlandda həmişə Azərbaycanın maraqlarını qoruyan qüvvələr var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video