29 Fevral 2020 14:39
631
Mədəniyyət
A- A+

Azərbaycanın Mədəniyyət naziri Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru ilə görüşüb


Mədəniyyət naziri Əbülfəs Qarayev "Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsində iştirak məqsədilə ölkəmizə təşrif buyuran Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Avropa Şurasının Mədəni Marşrutlar layihəsində Azərbaycanın təmsil olunmasının beynəlxalq aləmdə mədəni əlaqələrin daha da genişləndirilməsinə, eyni zamanda layihəyə qoşulan digər ölkələrlə mədəni marşrutlar sahəsində yeni təcrübələrin əldə olunmasına gətirib çıxartmasından danışılıb.

Nazir Əbülfəs Qarayev Azərbaycanın 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinin ayrılmaz bir hissəsinin olduğunu vurğulayaraq bildirib ki, ölkəmiz bu illər ərzində 5 beynəlxalq marşruta qoşulmuş, qoşulduğu ildən bəri mədəni marşrutlar şəbəkəsində fəal iştirak etməklə, təşkilatın fəaliyyətinə öz töhfəsini verməkdədir. O bildirib ki, keçirilən müşavirə ölkəmizin mədəni marşrutlar sahəsində ixtisaslaşdığını, o cümlədən beynəlxalq mədəni marşrutlarda təmsilini genişləndirməklə yeni təcrübələrə yiyələnməli və əldə olunan nəticələri bölüşərək sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilmə potensialının mövcudluğunu üzə çıxartdı.

Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni "Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsinin keçirilməsinin böyük əhəmiyyətini vurğulayaraq, nazirə səmimi qəbula görə təşəkkürünü bildirib. Həmçinin, keçirilən müşavirənin Avropa Mədəni Marşrutlar layihəsinə qoşulmuş digər ölkələr üçün xüsusi model olacağını vurğulayıb. Digər ölkələrdə mədəni marşrutlar sahəsində keçiriləcək təlimlərdə ölkəmizin fəal iştirakı və regionlarda bu cür təlimlərin təşkili yeni mədəni marşrutların yaradılması üçün müxtəlif, yeni təcrübələrin öyrənilməsinə təkan verəcəyini bildirib. Qeyd edib ki, müşavirədə müzakirə olunan mövzular Azərbaycanın Avropa Şurasının Mədəni Marşrutlar layihəsində təmsilinin daha da genişləndirilməsinə, eyni zamanda, qazanılmış təcrübəsini paylaşmaqla Avropa mədəni marşrutlar şəbəkəsinə özünəməxsus töhfəsini verəcəkdir.

Görüşdə Azərbaycanın yeni mədəni marşrutlar üzrə təmsil olunması ilə bağlı aparılan işlər haqqında, həmçinin, ölkəmizdə yeni yerli mədəni marşrutların yaradılması və sertifikatlaşdırılması ilə əlaqədar gələcək addımlar barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video