29 Fevral 2020 14:36
1925
Elm və texnika
A- A+

Dövlət Ermitajında azərbaycanlı alim qədim şəhərlərimizin gerbləri barədə elmi məruzə ilə çıxış edib


Sankt-Peterburq şəhərində Dövlət Ermitajı Muzeyində 2020-ci il fevralın 20-21-də Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının və Dövlət Ermitajının "Heraldika: Tədqiqat və təcrübə” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda Beynəlxalq Muzeylər Şurasının (İCOM) tərkibində İCOMAM (Hərbi tədqiqatlaryönümlü) Beynəlxalq Komitəsi İdarə Heyətinin üzvü, "QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB sədrinin birinci müavini, idarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, bayraqşunaslıq və heraldika mütəxəssisi Pərvin Gözəlov "Rusiya İmperiyasının tərkibində Azərbaycan şəhərlərinin mahal və quberniyalarının gerbləri” adlı elmi məruzə ilə çıxış etmişdir. Tədbirə heraldika sahəsinin və dövlət rəmzləri üzrə nüfuzlu alimlər və mütəxəssislər də qatılmışdılar.

Tarixçi-alim Pərvin Gözəlov məruzəsində XIX əsrin əvvəllərində Cənubi Qafqazda Rusiya, İran və Türkiyə kimi dövlətlərin maraqları barədə məlumat vermişdir. Ərazi uğrunda gedən döyüşlər bütöv XIX əsr dövrünü əhatə edərək ərazilərin tarixi siyasi coğrafiyasında kəskin dəyişikliklərə səbəb olmuşdur.

Rusiya imperiyasının tərkibinə müqavilə əsasında daxil olan bəzi Azərbaycan xanlıqları - Qarabağ, Şəki, Şamaxı, Lənkəran bir müddət idarəetmə sistemini qorudular. Tədricən xanlıqlar əyalətlərə çevrilərək Bakı (1808), Quba (1810), Şəki (1819), Şirvan (1820), Qarabağ (1822), Talış (1826) və iki rayon – Yelizavetpol (1804) və Car Balakən adlandırıldı. Vilayətlər xanlıqların dövründə olduğu kimi, mahallara bölünmüş və naiblər tərəfindən idarə edilirdilər. Rusiya-İran müharibəsinin sonunda 12 oktyabr 1813-cü ildə Gülüstan kəndində barışıq müqaviləsi bağlanmışdır.

Türkmənçay müqaviləsinə əsasən (10 fevral 1828-ci il) İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edildi. XIX əsrin 30-cu illərinin sonlarında Gülüstan sülh müqaviləsinə əsasən, Rusiyaya imperiyasının tərkibinə daxil edilmiş torpaqların inzibati-ərazi bölgüsü başa çatdı. Keçmiş Azərbaycan xanlıqlarının hər birinin öz gerbi olan iki bölgənin – "Xəzər” və "Gürcüstan-İmeretinin” bir hissəsinə çevrildilər. Beləliklə, 26 may 1843-cü ildə I Nikolay tərəfindən "Xəzər” vilayətinin gerbi, 5 iyul 1878-ci ildə II Aleksandr tərəfindən "Bakı” quberniyasının gerbi, İrəvan quberniyasının gerbi və "Yelizavetpol (Gəncə)” quberniyasının gerbləri təsdiq edilmişdir. II Aleksandrın fərmanına əsasən, Bakı şəhərinin birinci gerbi 21 may 1878-ci ildə və ikinci qerbi isə 16 mart 1883-cü ildə təsdiq olunmuşdur. Dərbənd, İrəvan, Gümrü (Aleksandropol), Quba, Lənkaran, Naxçıvan, Şəki (mahalı), Şuşa, Zaqatala şəhərlərinin gerbləri I Nikolay tərəfindən 21 may 1843-cü ildə təsdiq edilmişdir.

1917-ci ildə Rusiya imperiyasının süqutu zamanı Cənubi Qafqazda beş əyalət mövcud idi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkə ərazisində iki vilayət mövcud idi – Bakı və Yelizavetpol və Zaqatala rayonu, 1919-cu ilin yanvarında Qarabağ general qubernatorluğu yaradıldı. Buraya Şuşa, Cavanşir, Zəngəzur və Cəbrayıl rayonları daxil idi. Sovet hakimiyyəti qurulandan sonra Azərbaycanın qərb torpaqları Cənubi Qafqaz ərazisində yaradılmış Ermənistan Respublikasının tərkibinə daxil edildi.

Məruzə zamanı fotoslaydlar nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video