29 Fevral 2020 14:32
635
DÜNYA
A- A+

Aİ: Türkiyə ilə miqrasiya sazişi qüvvədədir


Avropa Komissiyası Türkiyənin qaçqınların Avropaya getməsi yolunda məhdudiyyətləri qaldırması barədə xəbərləri təkzib etmişdir. Qurumun nümayəndəsi Piter Stanonun dediyinə görə, Türkiyə ilə imzalanmış miqrasiya sazişi qüvvədədir. O qeyd etmişdir ki, bu məsələ ilə bağlı Türkiyə tərəfindən heç bir xəbərdarlıq daxil olmayıb və Ankara Avropa İttifaqı ilə (Aİ) saziş üzrə öhdəliklərini tam həcmdə icra edir. "Biz vəziyyəti diqqətlə izləyirik və zəruri addımları atacağıq” deyə Stano xəbərdarlıq etmişdir.

Srağagün Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy bildirmişdi ki, Ankaranın miqrasiya siyasətində dəyişiklik yoxdur. Eyni zamanda diplomat xəbərdarlıq etmişdi ki, Suriyanın şimal-qərbində vəziyyət pisləşməkdə davam etsə, Türkiyədəki qaçqınların və miqrantların bir qismi Qərbə yollana bilər.

Son məlumata görə, qeyri-leqal miqrant və qaçqın qrupları Avropa ölkələrinə maneəsiz keçmək ümidi ilə Türkiyənin qərbinə toplaşır. Onlar Ankaranın qaçqınlar üçün sərhədləri açmağa hazır olması barədə təsdiqlənməmiş xəbərlərə inanmış, Yunanıstan və Bolqarıstanla quru və dəniz sərhədlərinə, habelə Egey dənizi sahillərinə üz tutmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video