Alternative content

04:39 02 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocalı soyqırımı Meksika mediasının diqqət mərkəzində
Xocalı soyqırımı Meksika mediasının diqqət mərkəzində
ANA SƏHİFƏ / SİYASƏT
12:49 29.02.2020

Meksikanın ən çox oxunan ingilisdilli "Pulse News Mexico” qəzetində jurnalist Tereza Marqolisin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı "Soyqırımını anarkən” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə fevralın 26-da müasir tarixin ən dəhşətli və ən faciəvi soyqırımlarından birinin 28-ci ildönümünün qeyd olunduğu bildirilir. Müasir tarix kitablarında bu soyqırımı haqqında kifayət qədər məlumat olmasa da, bütün bir kəndin amansızcasına yer üzündən silinməsinin Azərbaycan xalqının yaddaşında əbədi qalacağı qeyd edilir. Müəllif bəzi soyqırımların dünya ictimaiyyəti tərəfindən tanınıb qınandığına baxmayaraq, digərlərinin layiq olduğu qədər işıqlandırılmadığını təəssüf hissi ilə qeyd edir və həmin soyqırımlardan birinin 1992-ci ildə Xocalıda baş verdiyini oxucuların diqqətinə çatdırır.

Məqalədə, həmçinin Meksikanın dünyada Xocalı soyqırımını tanıyan ölkələr sırasında olduğu qeyd olunur. 28 il bundan əvvəl erməni hərbi birləşmələrinin Azərbaycan ərazisini işğal etdiyi və bütün bir kəndin yerlə yeksan olunduğu diqqətə çatdırılır. Eyni zamanda, Xocalı soyqırımı barədə ətraflı məlumatlar təqdim olunur. Erməni işğalçıları tərəfindən zülmə məruz qalan silahsız insanlardan bəzilərinin xüsusi qəddarlıqla qətlə yetirildiyi qeyd edilir.

Məqalədə, habelə beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını qınayan bəyanatlar yaydığı, "Human Rights Watch” kimi beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən pisləndiyi və BMT Təhlükəsizlik Şurası tərəfindən qətnamələrin qəbul edildiyi qeyd olunur.

Müəllif dünya ictimaiyyətinin qısa müddət ərzində Xocalı dəhşətlərini pislədiyinə baxmayaraq, indi bu soyqırımına lazımi diqqət yetirilmədiyini təəssüf hissi ilə qeyd edir. Xocalı əhalisinə qarşı törədilən cinayətlərin bütün bəşəriyyətə qarşı cinayət adlandıran müəllif ermənilərin niyyətinin Xocalını və onun əhalisini yer üzündən silmək olduğunu qeyd edir. Bildirilir ki, Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən hər il Xocalı şəhidlərinin xatirəsinə anım mərasiminin təşkil edilməsinə baxmayaraq, yerli mətbuat və insan hüquqları qrupları tərəfindən bu məsələyə daha böyük diqqət ayrılmalıdır.

Məqalədə dünya ictimaiyyətinə səslənən müəllif yazıb: "Xocalıda törətdikləri vəhşiliklərə görə Ermənistanın məsuliyyətə cəlb olunması üçün dünya ictimaiyyəti öz qəti mövqeyini bildirməlidir. Yalnız bundan sonra Ermənistanla Azərbaycan arasındakı mövcud münaqişə həllini tapa bilər”.

Azərbaycanın 20 faiz ərazisinin hələ də Ermənistanın işğalı altında olduğunu qeyd edən müəllif işğal nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü oxucuların diqqətinə çatdırır.

Qeyd olunmalıdır ki, Meksikanın "El Arsenal” və "El Mundo Para Ti” xəbər portallarında da jurnalist Sofia Salinasın Xocalı soyqırımı ilə bağlı geniş məqalələri dərc olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM