Alternative content

12:25 15 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
02:30 15.07.2020 Unudulmayan tarix
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tacikistan portalı Azərbaycanla bağlı məqalə yayıb
Tacikistan portalı Azərbaycanla bağlı məqalə yayıb
ANA SƏHİFƏ / Mədəniyyət
12:44 29.02.2020

Tacikistanın sugdnews.com portalı müxbir Salimaxon Vaxobzadenin Azərbaycanda keçirilən parlament seçkiləri, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı rus dilində geniş məqaləsini verib.

AZƏRTAC xəbər verir ki, materialda fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri barədə ətraflı məlumat verilir, bu böyük siyasi kampaniyada dünyanın 50-yə yaxın ölkəsindən jurnalistlərin iştirak etdiyi bildirilir.

Jurnalist məqalədə Bakı şəhərinin tarixi, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Dənizkənarı park, buradakı müasir otellər haqqında məlumat verir, Azərbaycanda turizmin inkişafından danışır. Yazıda Bakı metrosunun nadir memarlıq abidəsi olduğu vurğulanır. Qeyd edilir ki, "yeraltı şəhər”in dizaynında ölkənin tarixi və mədəniyyəti əks edilib. Diqqətə çatdırılır ki, hazırda ümumi uzunluğu 37 kilometr olan metronun 25 stansiyası fəaliyyətdədir, bu yaxınlarda daha üç stansiya istifadəyə verilməlidir.

Yazıda Bakıdakı muzeylər haqqında da söhbət açılır, burada çəkilən məşhur filmlər sadalanır, şəhərdən 30 kilometr məsafədə yerləşən "Atəşgah” abidəsi barədə oxuculara məlumat verilir, "Yanardağ” möcüzəsindən danışılır.

Müəllif, həmçinin Azərbaycanın milli təamlarından söhbət açır, xalqımızın qonaqpərvərliyinin onu valeh etdiyini vurğulayır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM