29 Fevral 2020 12:33
547
SİYASƏT
A- A+

Xocalı soyqırımı ilə əlaqədar Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Fevralın 28-də ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada Azərbaycan icmasının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər.

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Həmçinin dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, bu faciənin ABŞ-ın bir çox ştatı, dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.

Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciətində ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmsədri Bədir Məmmədli 1992-ci ilin fevralın 26-da Xocalıda 613 mülkü şəxsin erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildiyini bildirib.

Aksiya zamanı "Ermənistan - qeyri-müstəqil nökər dövlət”, "Erməni terrorunu pisləyin!”, "Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, "Ermənistan etnik təmizləmədə təqsirkardır!”, "Ermənistana ar olsun!”, "Ermənistan, Qarabağdan rədd ol!”, "Uşaq qatilləri!”, "Ermənistan vassal dövlətdir!”, "Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!”, "Biz Xocalını unutmayacağıq!”, "Azərbaycan torpaqlarından əl çəkin!”, "Ermənistan, beynəlxalq hüquqa riayət et!”, "Paşinyana ar olsun!”, "Köçəryan, Sarkisyan, Ohanyan cinayətkardırlar” və sair şüarlar səsləndirilib.

Etiraz aksiyasının iştirakçıları Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıb. Həmçinin erməni silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar. Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməsinə çağırışlar ediblər.

Ermənistan səfirliyinin qarşısındakı etiraz aksiyasına Nyu-York və digər ştatlardakı Azərbaycan icmasının üzvləri də qatılıb.

Sonra aksiya iştirakçıları Türkiyənin Vaşinqtondakı səfirliyin qarşısında toplaşaraq son günlərdə Suriyada şəhid olmuş əsgərlərlə əlaqədar qardaş ölkəyə başsağlığı verib, Azərbaycan icması adından öz dəstəklərini bildiriblər.

Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanınması tələbləri ilə bağlı hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 13 ildir ki, Amerika ictimaiyyətini Xocalı soyqırımı və ermənilərin digər hərbi cinayətləri barədə məlumatlandırmaq üçün müxtəlif kampaniyalar həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video