Alternative content

16:05 02 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümumi investisiyanın 70,6 faizi məhsul istehsalı sahələrinin inkişafına yönəldilib
Ümumi investisiyanın 70,6 faizi məhsul istehsalı sahələrinin inkişafına yönəldilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:40 29.02.2020


İqtisadiyyatda kapital qoyuluşu həssas məsələdir. Yəni hər bir sahibkar istər ölkədə, istərsə də xaricdə investisiya yatırdıqda mütləq əldə edəcəyi qazancı hesablayır. Onlar sərmayə yatıracağı ölkələri diqqətlə seçir, mövcud qanunvericilik bazasını öyrənirlər.

Bugünədək ölkəmizin iqtisadiyyatına 170 milyard dollar vəsait yatırılıb. Həmin vəsaitin böyük məbləği xarici investorlara məxsusdur. Bu fakt onu göstərir ki, Azərbaycanda xarici sərmayədarlar üçün münbit investisiya mühiti mövcuddur.

Son statistikaya nəzər salaq: keçən il müxtəlif mənbələrdən Azərbaycan iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu sərmayələr xarici investorlara, yerli sahibkarlara və dövlətə məxsusdur. Dünyada mövcud siyasi qarşıdurmalara baxmayaraq, əcnəbi sahibkarların ölkəmizə sərmayə qoyuluşunu davam etdirməsi dövlətimizə olan inamdan irəli gəlir.

Məlumdur ki, müstəqilliyimizin ilk illərində xarici investorlar sərmayəni əsasən neft sektoruna və ya neft sektoru ilə bağlı olan sahələrə yatırırdılar. Lakin Azərbaycan inkişaf etdikcə xarici sahibkarlar qeyri-neft sektoruna da maraq göstərməyə başladılar. Bu gün isə texnoparklarda və sənaye zonalarında yaradılan münbit şərait, tətbiq olunan güzəştlər onları qeyri-neft sektoruna üstünlük verməyə sövq edir.

İndiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox iş yeri yaradılıb. Ötən il həmin zonalarda istehsalın ümumi həcmi 2,6 dəfə artıb. Üstəlik, bu məhsullar yüksək keyfiyyətli olduğu üçün dünya bazarına da ixrac edilir. Yaxın gələcəkdə isə verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşdırılması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, eləcə də 28 minədək yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Qeyd edək ki, ölkənin hərtərəfli inkişafını nəzərdə tutan siyasətə uyğun olaraq bu layihələrin 87 faizi regionlarda icra olunacaq.

Dövlət sahibkarlığı inkişaf etdirmək məqsədilə kapital qoyuluşunda birbaşa iştirak edir. İndiyədək sahibkarlara 2 milyard, o cümlədən ötən il 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun nəticəsində təkcə keçən il regionlarda fərdi sahibkarlıqla məşğul olanların sayı 12 mindən çox olub.

Prezidentin tövsiyəsi ilə kənd təsərrüfatı sektoruna kapital qoyuluşu artıb. Bu hesaba indi regionlarda aqroparklar və iri fermer təsərrüfatları yaradılır. 33 rayonda 51 aqropark və iri fermer təsərrüfatının yaradılmasının planlaşdırılması da bunu təsdiqləyir. Keçən il isə 16 aqropark və iri fermer təsərrüfatında görülən işlər başa çatıb, məhsul istehsalına başlanılıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox vəsait yönəldilib. Bu artım daha çox neft-qaz sektoruna yatırılan investisiyaların 28,8 faiz artması ilə bağlıdır. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi də artıb. Ümumi sərmayənin 703,7 milyon manatı məhsul istehsalı, 174,3 milyon manatı xidmət sahələrinin, 118,7 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Ölkədə sahibkarlığın inkişafı sərmayə qoyuluşunda özünü açıq şəkildə büruzə verir. Belə ki, həmin dövrdə yatırılan sərmayənin 73,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri isə ümumi sərmayənin 61,1 faizini təşkil edib.

Yanvar ayında əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 734,2 milyon, bank kreditləri 11,8 milyon, büdcə vəsaitləri 141,3 milyon, büdcədənkənar fondların vəsaitləri 33,8 milyon, əhalinin şəxsi vəsaitləri 67,4 milyon, digər vəsaitlər isə 8,2 milyon manat təşkil edib.

Cari ilin ilk ayında həmçinin xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala vəsait yönəldilib - 387,6 milyon manat. Bu vəsaitin 371,4 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Rüstəm KAMAL,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM