Alternative content

20:23 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV CİS əsasında interaktiv elektron torpaq xəritələri hazırlanıb
CİS əsasında interaktiv elektron torpaq xəritələri hazırlanıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:22 29.02.2020


Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, birgə elmi tədqiqatların aparılması istiqamətində ikitərəfli müzakirələr davam etdirilir.

Bu günə qədər nazirliyin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) strukturuna daxil olan elmi tədqiqat institutları ilə AMEA-nın institutları arasında çoxsaylı görüş və müzakirələr keçirilib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, ölkədə həyata keçirilən aqrar siyasətin davamlığı, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində elmi-tədqiqat işləri aparılacaq, nəticələr fermer təsərrüfatlarında tətbiq olunacaq.

Növbəti ikitərəfli görüş Aqrar Elm və İnnovasiya Mərkəzi və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun heyəti ilə keçirilib. Əkin dövriyyəsindən kənarda qalmış torpaqların bərpası, şoranlaşmaya qarşı mübarizə, deqradasiyaya uğramış ərazilərdə rekultivasiya tədbirlərinin vacibliyini vurğulayan çıxışçılar qeyd olunan istiqamətlərdə birgə tədqiqatların əhəmiyyətini önə çəkiblər. AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov "Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibi” mövzusunda çıxış edərək alimlər tərəfindən hazırlanmış xəritəni təqdim edib. Xəritədə coğrafi informasiya sistemləri, ölkə ərazilərinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsinin tərtibinin əsas xüsusiyyətləri, prinsipləri barədə ətraflı məlumatlar əksini tapıb.

Qarşılıqlı müzakirədə alimlər tərəfindən hazırlanmış interaktiv torpaq xəritələri, CİS əsasında torpaq və ekoloji qiymətləndirmə xəritəsi, bu istiqamətdə metodik göstərişlərin hazırlanması təhlil olunub, ilk dəfə olaraq hazırlanmış 1:600 000 miqyasında interaktiv elektron torpaq və ekoloji qiymətləndirmə xəritələrinin illüstrativ materialına baxış keçirilib.

Hazırlanmış elektron xəritələrin daha da təkmilləşdirilməsi, DATA bazaların inteqrasiyası, birgə elmi araşdırmaların aparılması qərara alınıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM