Alternative content

01:34 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtın şimal girişində genişmiqyaslı işlər aparılır
Paytaxtın şimal girişində genişmiqyaslı işlər aparılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:20 29.02.2020


Bakının şimal girişində xüsusən pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqəladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışını təmin etmək üçün hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında genişmiqyaslı yenidənqurma işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından başlayaraq "Masazır dairəsi”nə qədər olan hissəsində və əks istiqamətdə həyata keçirilən yenidənqurma işləri çərçivəsində magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsindəki süni təpəciklərin sökülməsi ilə yol hər iki istiqamət üzrə 1 hərəkət zolağı enində genişləndirilir. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır.

Bundan başqa, magistral yolun təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsinin yaradılması üçün də hazırlıq işləri görülür. Yeni yol hissəsinin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq.

Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun "Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan "təpəcik” ləğv edilərək yolun hərəkət hissəsi genişləndiriləcək və bununla zolaqların sayı 4-ə çatdırılacaq.

Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində "20 Yanvar” metrostansiyasının "Azərsu” ASC-nin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa, "20 Yanvar” dairəsinin ölçülərinin dəyişdirilərək "oval” formada, həmçinin keçmiş "Velotrek”in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün də işlərə start verilib. Sözügedən layihə çərçivəsində digər tədbirlər də həyata keçiriləcək.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM