29 Fevral 2020 02:14
1453
Elm və texnika
A- A+

Bioetika: fəlsəfi fikrin yeni başlanğıc nöqtəsi


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlının təqdimatında "Bioetika və din” mövzusunda seminar təşkil olunub.

Seminarda çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, Qəmər Cavadlının bu mövzuda qələmə aldığı "İslam və bioetika” kitabı xüsusi əhəmiyyət kəsb edir. Q.Cavadlının geniş araşdırmalar sayəsində ərsəyə gətirdiyi bu elmi əsər dinin bioetika problemlərinə münasibətini tarixi, fəlsəfi və ictimai aspektlərdən tədqiq edir. C.Məmmədov vurğulayıb ki, belə tədbirlərin keçirilməsi gənclərimizin maariflənməsi və biliklərinin artırılması baxımından xüsusi önəm daşıyır.

QMİ sədrinin müavini Q.Cavadlı "Bioetika və din” mövzusunda ətraflı çıxış edib. Bildirib ki, bioetikaya olan maraq, hər şeydən əvvəl, müasir cəmiyyətdə yeni texnologiyaların və tibbi vasitələrin insanlar üzərində sınaqdan keçirilməsinə yönəlik qlobal ictimai marağın göstəricisidir. Bioetikanın fəlsəfi fikrin yeni başlanğıc nöqtəsini təşkil etdiyini vurğulayan Q.Cavadlı onun formalaşması və inkişafının, ümumilikdə, ənənəvi etika ilə tibbi etikanın transformasiyası ilə bağlı olduğunu qeyd edib.

Sədr müavini bioetikaya olan marağın ciddi hüquqi və mənəvi tənzimlənmə tələb edən bir sıra problemləri gündəmə gətirdiyini, eləcə də dini dünyagörüşü və milli-mənəvi mentaliteti özündə ehtiva etdiyini, müxtəlif dinlərdə bu məsələyə fərqli baxışların olduğunu bildirib.

Q.Cavadlı məruzəsində qloballaşan dünyada elm və din arasında tarazlığın yaradılması, tibbi-bioloji nailiyyətlərin fövqündə dini mentalitetin və əxlaqın qorunub saxlanılması problemlərinə də münasibət bildirib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video