Alternative content

19:43 06 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
17:38 06.04.2020 B İ L D İ R İ Ş
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan şahmatının tarixi uğuru
Azərbaycan şahmatının tarixi uğuru
ANA SƏHİFƏ / İDMAN
02:12 29.02.2020


Rusiyanın paytaxtı Moskvada başa çatmış nüfuzlu "Aeroflot Open” turniri Azərbaycan şahmatçılarının tarixi qələbəsi ilə başa çatmışdır. 14 yaşlı istedadlı beynəlxalq usta Aydın Süleymanlı 6,5 xalla yarışların qalibi olmuşdur.

O, güclü rəqiblərlə 9 görüş keçirmiş və bunlardan 4-də qələbə qazanmış, 5-ni isə heç-heçə başa vurmuşdur. Son turadək yarışın lideri olmuş digər şahmatçımız, beynəlxalq qrossmeyster Rauf Məmmədov da qaliblə eyni xal toplamış, lakin əlavə göstəricilərə görə 3-cü yeri tutmuşdur.

Azərbaycanlı şahmatçının qələbəsi ilə əlaqədar təəssüratlarını bölüşən Beyməlxalq Şahmat Federasiyasnın baş direktoru, keçmiş həmyerlimiz, beynəlxalq qrossmeyster Emil Sutovski Bakıda növbəti parlaq ulduzun peyda olduğunu bildirmişdir: "Hələ 15 yaşı tamam olmamış azərbaycanlı istedad dünyada ən güclü yarışlardan birinin qalibi olmuşdur. Xoşdur ki, mənim doğma şəhərimdə uzun fasilədən sonra növbəti parlaq ulduz peyda olmuşdur. Daha bir yerlimi, bütün turnir boyu liderlik etmiş və yekunda əlavə göstəricilərə görə qalibiyyəti əldən vermiş Rauf Məmmədovu da təbrik edirəm”.

Beş yaşından şahmatla məşğul olmağa başlayan Aydın Süleymanlı bir ildən sonra beynəlxalq yarışlara qatılıb. Müxtəlif yaş kateqoriyalarında ölkəmizi uşaq və yeniyetmələr arasında dünya və Avropa çempionatlarında təmsil edib. 2013-cü ildə Monteneqroda 8 yaşlı şahmatçılar arasında qitə birinciliyinin qalibidir. Növbəti il blits və rapid üzrə Avropa çempionu adını qazanıb. 2017-ci ildə Rumıniyada 12 yaşlı oğlanlar arasında qitə çempionatının qızıl medalına layiq görülüb. Ötən il 14 yaşadək idmançılar arasında dünya çempionu olub. Azərbaycan Milli Komandasının tərkibində (U-16) Olimpiadanın qalibidir. O, həm də ötən il Avropanın klub çempionatında "Vüqar Həşimov” komandasının heyətində parlaq oyun nümayiş etdirib. Bu il rapid üzrə birinci Azərbaycan kubokunun qalibi olub.

Şahmatçılarımızın tarixi uğuru ilə bağlı Azərbaycan şahmatının lideri, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov da təəssüratlarını bildirib: "İlk növbədə gözəl oyun nümayiş etdirmiş Rauf Məmmədovu təbrik etmək istəyirəm. Mən bunu çoxdan gözləyirdim. O, yarışlar zamanı çox yüksək səviyyədə çıxış etmişdir. Aydına gəldikdə isə, bu, inanılmaz uğurdur. Onun oyununda inanılmaz soyuqqanlılıq var! Onun böyük şahmatçı olacağına şübhəm yoxdur. Aydın gələcəkdə Azərbaycan şahmatının lideri olmaq üçün böyük addım atmışdır”.

Qeyd edək ki, iki həftə davam edən "Aeroflot Open” beynəlxalq şahmat festivalının əsas yarışında 21 ölkədən 97 şahmatçı iştirak edirdi. Start reytinqində Aydın 71-ci idi. Lakin o, bütün proqnozları alt-üst edərək həm dünyada nüfuzlu turnirin ən gənc qalibi olmuş, həm də "Aeroflot Open”də qələbə qazanan ilk azərbaycanlı kimi adını şahmat tarixinə yazdırmışdır.

Rizvan CƏFƏROV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM