Alternative content

01:39 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər Fondu və BP şirkəti 2020-ci il “Enactus Azərbaycan Qış Məktəbi” proqramına start veriblər
Gənclər Fondu və BP şirkəti 2020-ci il “Enactus Azərbaycan Qış Məktəbi” proqramına start veriblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:27 28.02.2020

Fevralın 28-də Azərbaycan Respublikası Gənclər Fondu və BP şirkəti 2020-ci il "Enactus Azərbaycan Qış Məktəbi” proqramına start veriblər.

AZƏRTAC xəbər verir ki, "Enactus Azərbaycan” proqramı çərçivəsində təşkil edilən tədbirdə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək belə tədbirlərin gənclərimizin auditoriyalardan kənarda biliklər əldə etməsi, təcrübə qazanması baxımından əhəmiyyətli olduğunu bildirib: "Müasir dövrdə təkcə nəzəri biliklərə yiyələnmək kifayət etmir. Müxtəlif praktiki biliklər, vərdişlər, bacarıqlar formalaşdırılmalıdır, ünsiyyət qurmaq, fikir bildirmək, təqdimat aparmaq qabiliyyəti və iqtisadi biliklər olmalıdır. Bütün bunları məhz bu cür müsabiqələr vasitəsilə aşılanması təqdirəlayiq haldır”.

Gənclər Fondunun icrası direktoru Fərid Cəfərov diqqətə çatdırıb ki, Fond hər il yüzlərlə layihə icra edir. Bu layihələr, proqramlar, tədbirlər bilavasitə gənclərin sosial sifarişi əsasında ərsəyə gəlir. Bu cür intellektual tədbirlərin keçirilməsi və gənclərin fəal iştirakı, eləcə də onların belə tədbirləri fəal təbliğ etmələri savadlı, təhsilli Azərbaycan gəncliyinin yetişməsinə əlavə stimul verir.

F.Cəfərov bildirib ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, 56 regionda Gənclər Fondunun Gənclər İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması işi davam etdirilir. Həmin mərkəzlərdə xüsusən region gəncləri üçün intellektual klublar da fəaliyyətə başlayacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edərək bu sahədə dövlət dəstəyinin önəmini vurğulayıb. O, bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi kadr islahatları nəticəsində istedadlı gənclərə şans verilir və onlar yüksək vəzifələrə təyin edilirlər. "Enactus Azərbaycan Qış Məktəbi” proqramının ölkəmizdə keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayan O.Məmmədov rəhbərlik etdiyi agentliyin bu təşəbbüsü fəal şəkildə dəstəklədiyini bildirib.

"Enactus Azərbaycan Qış Məktəbi” tələbələrin biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığın təşviqi məqsədini daşıyır. Qış Məktəbində Azərbaycanın 23 universitetini təmsil edən "Enactus” komandalarının tərkibində ümumilikdə 150 nəfər iştirak edəcək.

Tədbirdə hər komandaya layihə ideyalarını formalaşdırmasına fərdi dəstək göstəriləcək, sosial sahibkarlıq sahəsində peşəkar mütəxəssislər tərəfindən layihə planlarının yazılması, biznes və startapların idarə olunması, özünəməşğulluğun təmini, layihənin uzunmüddətli icra prosesində qarşıya çıxa biləcək problemlər və onların aradan qaldırılması ilə bağlı təlimlər keçiriləcək. Təlimlərdə dünya praktikasında ən uğurlu layihələr barədə məlumat veriləcək, tələbələrə öyrəndikləri nəzəri bilikləri real həyatda tətbiq etmək imkanı yaradılacaq.

Tədbirin sonuncu günündə gənclərin tədbir haqqında olan təəssüratlarını öyrənmək üçün sorğu keçiriləcək və əyləncəli konsert proqramı təşkil ediləcək.

Xatırladaq ki, "Enactus” proqramı 1975–ci ildə ABŞ-da yaradılıb. İndiyədək 72 mindən artıq iştirakçısı 2 milyondan çox insanın həyatını dəyişib və cəmiyyətə müxtəlif töhfələr verib.

Azərbaycan bu proqrama 2005-ci ildən qoşulub. Proqram gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək də proqramın əsas məqsədlərindəndir.

Dünyanın müxtəlif ölkələrində hər il keçirilən müsabiqələrin qalibi olan universitetlər "Enactus Global” tərəfindən ayrı-ayrı ölkələrdə təşkil olunan "Enactus” dünya müsabiqəsində öz dövlətini və universitetini təmsil edir.

Azərbaycan milli komandası ötən il ABŞ-ın San-Xose şəhərində keçirilmiş "Enactus-2019” dünya çempionatında yüksək nailiyyət qazanaraq qrup liqasında qalib seçilib və yarımfinal mərhələsinə yüksəlib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM