Alternative content

18:07 06 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
17:38 06.04.2020 B İ L D İ R İ Ş
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir
Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:38 28.02.2020

2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov fevralın 28-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası toplantısının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib: "Bu gün biz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasını keçirdik və çox səmərəli müzakirələrimiz oldu. Məşvərət Şurası layihə üzrə fəaliyyətin koordinasiyası, qarşılaşılan çətinliklərin birgə müzakirəsi və həlli məqsədilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılıb. Bu format Cənub Qaz Dəhlizinin reallaşmasına töhfələr verib”.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin üç seqmenti artıq uğurla tamamlanıb. Ötən il TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı olub. Sonuncu hissə TAP üzrə işlərin icra göstəricisi isə 92 faizdir: "Məşvərət Şurasının budəfəki iclası bir növ nailiyyətlərin hesabatı idi. İclasda 13 ölkə, çoxsaylı enerji şirkətləri və maliyyə qurumları iştirak edirdi. Bizim üçün indi əsas hədəf Avropa bazarıdır. Bugünkü müzakirələrdən Avropa Komissiyası, ABŞ, Böyük Britaniya və layihəyə üzv ölkələri səsləndirdikləri mesajlardan bir daha əmin olduq ki, Azərbaycan etibarlı, təhlükəsiz və sabit enerji təchizatçısı kimi qəbul olunur və Avropa səbirsizliklə Azərbaycan qazının qitəyə daxil olmasını gözləyir. İnanırıq ki, layihə üzrə qalan işlər də keyfiyyətlə və vaxtında icra ediləcək. Biz tərəfdaşlarımızla birgə dünya enerji bazarına mənbə və marşrutların şaxələndirilmiş bir nümunəsini töhfə verəcəyik”.

"TAP, həmçinin Cənub Qaz Dəhlizini Cənub-Şərqi Avropa və Balkanlarda planlaşdırılan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB), İon-Adriatik Qaz Kəməri (IAP), eləcə də Rumıniya-Bolqarıstan, BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) ilə əlaqələndirərək, Bolqarıstan, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina və Avropanın bir sıra digər ölkələri üçün geniş perspektivlər aça və bölgəyə yeni təchizat mənbələrindən yararlanmaq imkanı gətirə bilər. Biz bu gün həmin məsələləri də müzakirə etdik” ,- deyə nazir qeyd edib.

Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt bildirib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və davamlı inkişaf layihəsidir. Bu layihə artıq reallıqdır və öz ilkin faydalarını verməkdədir: "Cənub Qaz Dəhlizi enerji təchizatı, enerji təhlükəsizliyi, mənbə və marşrutların şaxələndirilməsi layihəsidir. Cənub Qaz Dəhlizi konkret ötürücülük gücünə malik kəmər deyil. O, ötürücülük gücü artırıla bilən 3 boru kəmərindən ibarət dəhlizdir. Düşünürük ki, Cənub Qaz Dəhlizinin gələcəkdə miqyası daha da böyüyəcək və o səmərəli bir dəhliz kimi fəaliyyət göstərəcək”.

İtaliyanın İqtisadi İnkişaf Nazirliyində Dövlət Katibi xanım Alessandra Todde deyib ki, İtaliyanın cənubunda TAP-ın mikrotunelinin inşası tamamlanıb, Adriatik dənizində boruların düzülməsi işləri görülür. İtaliyada boru kəmərinin tikintisində də irəliləyişlər var. İtaliya hökumətinin TAP layihəsinə yüksək dəstəyi var. İtaliyanın mövqeyini ondan ibarətdir ki, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi baxımından həm təchizatçılar, həm də istehlakçılar üçün bir şaxələndirmə mənbəyidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM