Alternative content

19:44 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İlin alimi” diplomu təqdim olunub
“İlin alimi” diplomu təqdim olunub
ANA SƏHİFƏ / Elm və texnika
18:23 28.02.2020

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra "Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan ədəbiyyatşünaslıq elmi sahəsində 2019-cu ildə səmərəli fəaliyyətinə görə institutun "İlin alimi” diplomu ilə təltif olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik İsa Həbibbəyli Azər Turanın fəaliyyəti barədə məlumat verərək onun Azərbaycan elmi, ədəbiyyatı və ədəbi-ictimai fikrinin inkişafında, həmçinin Azərbaycan romantizminin banilərindən olan Hüseyn Cavidin həyat və yaradıcılığının və cavidlər ailəsinin öyrənilməsində rolundan danışıb. Qeyd edib ki, Azər Turan həm də Əlibəy Hüseynzadənin fəaliyyətinin, onun fəlsəfəsinin, xidmətlərinin öyrənilməsində, eləcə də baş redaktoru olduğu "Ədəbiyyat qəzeti”nin inkişafında özünəməxsus xidmətlərə malikdir.

Daha sonra Şükufə Vəliyevaya, Gülnar Qənbərovaya və Elxan Nəcəfova "İlin gənc alimi” diplomları təqdim olunub. Həmçinin institutun əməkdaşları – Tehran Mustafayev və Lütviyyə Əsgərzadə 60, Musa Məmmədov 80 illik yubileyləri münasibətilə təltif ediliblər.

Tədbirdə Prezident İlham Əliyevin "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr və "Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq tədbirlər planı müzakirə olunaraq təsdiq edilib.

İclasda institutun "Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş nömrəsinin çapa hazırlanması, "Elmi kadrlar” Milli İnformasiya Sistemində institutun bazasının formalaşdırılması istiqamətində görülən işlər, 2019-cu il üçün elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbərləri və mövzularının təsdiqi, eləcə də digər məsələlər müzakirə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM