Alternative content

22:41 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq çərçivəsində əməkdaşlığa dair memorandumlar imzalayıb
Milli Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq çərçivəsində əməkdaşlığa dair memorandumlar imzalayıb
ANA SƏHİFƏ / İDMAN
17:30 28.02.2020

Fevralın 28-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə tərəfdaşları arasında "Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunları çərçivəsində əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə MOK-un tərəfdaşlarından bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə tanınmış şirkətlərin idman sahələri ilə sıx əməkdaşlıq etdiyini bildirib: "Əvvəllər biznesdən idmana dəstək az idi. İndi isə biznes idman cəmiyyətində olan ab-havanı dəyişməkdədir. İdmandakı uğurlar şirkətlər üçün maraqlıdır. Dünyanın ən möhtəşəm tədbiri olan Olimpiya Oyunları bu dəfə Tokioda keçiriləcək. İlk dəfə deyil ki, Olimpiadaya qatılırıq. İnsanlar bu Oyunları maraqla izləyirlər. Bu tərəfdaşlıq şirkətlər üçün də xeyirli olacaq. Hamınızı bu münasibətlə təbrik edirəm. Bütün idmançılarımıza "Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarına uğurlar arzulayıram. İnanıram ki, hamını sevindirə biləcəyik”.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın "Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarına hazırlığının və mötəbər yarışda iştirakının təmin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını mühüm idman tədbirinə hazırlıq işinə verilən əhəmiyyətin və dəstəyin göstəricisi kimi qiymətləndirib. MOK rəsmisi tərəfdaşlarla əməkdaşlığın dövlətimizin başçısı İlham Əliyevin tövsiyələrinə uyğun olaraq idman və Olimpiya hərəkatının təbliğini daha geniş miqyasda həyata keçirməyə imkan verəcəyini də vurğulayıb.

"Olimpiada dünyada ən böyük hadisəsidir. Ötən ilin sonunda Prezident İlham Əliyevin idmançılarla görüşü zamanı Oyunlarda iştirakın əhəmiyyətindən danışıb və qarşıya vacib məsələlər qoyub. İdman geniş şəkildə təbliğ olunmalıdır. İrimiqyaslı idman yarışlarının iki dayağı var - könüllülər və tərəfdaşlar. Onlar olmasa, təşkilatçılıq mümkün deyil. Bunu Bakıda keçirilən böyük yarışlarda da gördük. Tərəfdaşlarımız hər zaman bizim yanımızda olublar”, - deyə Ç.Hüseynzadə əlavə edib.

Sonra əməkdaşlığa dair memorandumlar imzalanıb. Memorandumları MOK-un vitse-prezidenti Ç.Hüseynzadə, "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, "Toyota Qafqaz” MMC-nin direktoru Rəşad Saracov və "Go Sport” brendinin rəsmi təmsilçisi – "Blue Planet Distribution” MMC-nin direktoru Səbinə Qazızadə imzalayıblar.

V.Mürsəliyev, R.Saracov və S.Qazızadə əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib, idmançılarımızın beynəlxalq arenada yüksək səviyyədə çıxış etdiklərini və "Tokio-2020”də qələbələri ilə xalqımızı sevindirəcəklərini ifadə ediblər.

Sonda Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya” kanalının məxsusi Azərbaycan üçün hazırladığı videoçarx təqdim olunub.

Tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, MOK-un baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM